Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Hikaru Nakamura Uesli So ilə ikinci görüşdə də heç-heçə edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Hikaru Nakamura Uesli So ilə ikinci görüşdə də heç-heçə edib

FIDE Qran-Pri seriyasının üçüncü mərhələsi: Hikaru Nakamura Uesli So ilə ikinci görüşdə də heç-heçə edib


Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin final oyunları davam edir.

Həlledici mərhələdə ABŞ təmsilçiləri Hikaru Nakamura Uesli So ilə mübarizə aparır. Bu gün şahmatçılar ikinci görüşü keçiriblər. İlk görüşdə olduğu kimi, ikinci qarşılaşmada da heç-heçə qeydə alınıb. Hesab bərabər olduğundan şahmatçılar tay-breykdə görüşəcəklər.

Xatırladaq ki, Hikaru Nakamura Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu, Uesli So isə iranlı Amin Tabatabayini məğlub edərək finala yüksəliblər.

Turnirə aprelin 4-də yekun vurulacaq.

Geri dön