Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > BƏYANAT: İran mediasının GünazTv-yə hücumlarına son qoyulsun
BƏYANAT: İran mediasının GünazTv-yə hücumlarına son qoyulsun |
İranın kütləvi informasiya vasitələrində antiazərbaycan və antitürk təbliğatı əslində heç zaman səngiməyib. Lakin son vaxtlar belə təbliğatın güclənməsi artıq yolverilməz həddə çatıb. Xüsusilə, son zamanlar Güney Azərbaycanın haqq səsini dünyaya yayan Güney Azərtbaycan Televiziyası (GünAz TV) hədəfə götürülübdür. Bunlardan Jahannews, Mashreghnews, Khabar-name, Tabnak, Təhri No, Parsnews, Jamnews, “Iranazar”, “Mersad67”, “Kalame”, “Khabarfarsi”, “Hadi TV3”, “Səhər2”, və s. kimi saytlar aramsız olaraq GünazTV- barəsində böhtan dolu məlumatlar yaymaqda davam edirlər.
İran mediasında bu istiqamətdə yazıların getməsində İranın xüsusu xidmət orqanları və strateji mərkəzlərinin izini görməmək mümkün deyil. İran hakimiyyət orqanları bunu hazırlamaqda məqsədləri budur ki, Güney Azərbaycanda getdikcə qüvvətlənməkdə olan milli azadlıq hərəkatına zərbə vursun və hərəkatı bir necə il zəiflədə bilsinlər. İllərdir 35 milyonluq Azərbaycan türkünün ana dilində təhsil almasına qarşı çıxan İran rejiminin Azərbaycan türkcəsində veriliş yayımlayan GunazTv-yə qarşı apardığı bu iyrənc siyasət türk millətinə, türk dilinə qarşı yönəlibdir. Soydaşlarımızın Ana dilində təhsil almaması ilə yanaşı ana dillərində verilişələrə baxmalarını belə qadağan etmək üçün Günaz Tv hədəfə alınıb. Adını İslam dövləti qoyan bir ölkə Quranın Hucurat surəsi, ayə 10-da deyilən: "Həqiqətən möminlər bir-biri ilə qardaşdırlar. Öz qardaşlarınız arasında sülh yaradın və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız” sözlərini bilmirmi? Məgər İran rejiminin Qurandan xəbəri yoxmu? Dini qardaşlıq məsələsi çox böyük əhəmiyyətə malik olduğundan, İslam dini də bu məsələyə lazımi qədər əhəmiyyət vermiş və hətta onu iki insanın ən yaxşı bağlılığı sayılan və ata anaları bir olan, habelə bir-birinə məhəbbət bəsləyən iki doğma qardaş misalında göstərmişdir. İran həqiqətən İslam siyasəti aparırsa niyə qardaşlıqdan özünü uzaq tutaraq eyni dindən olan türklərə qarşı belə çirkin siyasət aparması onun bir daha islamdan xəbərdar olmadığını göstərir. Bununla yanaşı olaraq Güney Azərbaycanla bağlı Türkiyə mətbuatında baş verən yenilikdən olduqca qıcıqlanan İran xüsusi xidmət orqanlarına xidmət edən saytları Güney məsələsini kiçiltmək məqsədi ilə Türkiyəni və onun mediasını İrana qarşı mövqe tutmaqda suçlayır. Bu məsələni başqa istiqamətə çəkməklə İran qorxur ki, Türkiyə dəstəyi sayəsində GünAz TV-nin bir daha TÜRKSAT peykinə geri qayıtsın və bununla da dünya İranda baş verən qanun pozuntularını və çirkin siyasəti görə bilsin. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq biz mahiyyət etibarilə antitürk ideologiyası üzərində qurulan İran mediası və onların təhqir siyasəti aparmasına öz kəskin etirazımızı bildiririk. Bu mediada gedən yazıların dayandırılması və İranda bu istiqamətdə aparılan siyasətə son verilməsini tələb edirik. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi Geri dön |