Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Brüsseldə Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Brüsseldə Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib

Brüsseldə Azərbaycan və Belçika arasında siyasi məsləhətləşmələr keçirilib


Aprelin 4-də Brüsseldə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Belçika Krallığının Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Belçika tərəfindən isə ikitərəfli məsələlər üzrə Baş direktor Jeroen Koreman rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan ilə Belçika arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib, əməkdaşlıq üçün bütün sahələrdə geniş potensialın mövcud olduğu bildirilib və bunun inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.

Baş direktor J.Koreman Azərbaycan ilə Belçika arasında siyasi münasibətlərin yaxşı səviyyədə olmasını, hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin mövcud olduğunu və səmərəli dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb.

Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilib.

Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi vəziyyət, erməni işğalından azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Müharibədən sonra regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan işlər və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ölkəmizin təşəbbüsləri barədə məlumat diqqətə çatdırılıb. Sülh quruculuğu prosesinə Avropa İttifaqının töhfəsi müsbət qiymətləndirilib, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşündə müsbət nəticələrin əldə ediləcəyinə inam ifadə olunub.

Daha sonra bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub, baş direktor J.Koreman Azərbaycana dəvət olunub.

Geri dön