Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə çörək bahalaşdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə çörək bahalaşdı

Ərdəbildə çörək bahalaşdı


Bu barədə güneyli sosial media fəalları və bir sıra müstəqil media qurumları məlumat yayıb.

Bundan öncə Ərdəbil əyalətinin valisi Seyid Hamid Amili bölgədə un qıtlığı və çörəyin qiyməti ilə bağlı verdiyi açıqlamada yaz bayramından sonra qiymətlərlə bağlı yeni qərar veriləcəyini demişdi.

Media fəallarının yazdığına görə, qiymətlərin kəskin bahalaşmasına baxmayaraq əyalət rəsmiləri və yetkili qurumlar heç bir açıqlama verməyiblər.

Martın 31-də Ərdəbil əyalətinin Germi şəhəri və ətraf bölgələrində çörək qıtlığının yaşanması ilə bağlı məlumatlar yayılmışdı.

Germinin fərmandarı Hüseyn Molayi mediaya verdiyi açıqlamada problemin “un qaçaqmalçıları” ilə əlaqəli olduğunu iddia edib və məsələnin həlli üçün Germi şəhərinin kəşfiyyat və təhlükəsizlik əməkdaşlarının tədbirlər gördüyünü bildirmişdi.

Qeyd edək ki, xüsusilə son iki ilərzində İranın əksər əyalətlərində taxıl və un qıtlığının yaranmasına, çörəyin bahalaşmasına baxmayaraq, İran hökuməti Livana böyük miqdarda taxıl və un ixrac etmək barədə qərar verib.

Geri dön