Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Hərbi qulluqçularımız dəniz yolu ilə düşmənin arxasına sızma və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər
Hərbi qulluqçularımız dəniz yolu ilə düşmənin arxasına sızma və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər |
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmənin arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər. Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır. Bundan başqa, bu il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub. Geri dön |