Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Mistik ruhun ömrü” adlı retrospektiv sərgi davam edir
“Mistik ruhun ömrü” adlı retrospektiv sərgi davam edir |
Azərbaycan Rəngkarlığı Muzeyində Xalq rəssamı Mirnadir Zeynalovun YARAT Müasir İncəsənət Məkanının 10 illiyi çərçivəsində açılan “Mistik ruhun ömrü” adlı retrospektiv sərgisi davam edir.
Sərgi həm də bir il öncə əbədiyyətə qovuşan rəssamın 80 illiyinə həsr edilib. Ötən ilin noyabrında açılan sərgi Abşeron təsviri sənət məktəbinin yetirməsi olan Mirnadir Zeynalovun daxili dünyasının bədii aynası kimi tamaşaçıların da ruhuna və şüuruna işıq tutur. Əlvan rənglərlə, mücərrəd formalarla, canlı ritm, emosional və ekspressiv rəmzlərlə zəngin olan bu əsərlərdə Mirnadir Zeynalovun özünəməxsus tərzi diqqəti cəlb edir. YARAT Müasir İncəsənət Məkanının böyük sevgi ilə hazırladığı sərgidə müəllifin Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mirnadir Zeynalovun özünün qalereyası, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsəri nümayiş olunur. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək bir neçə tematik zala bölünür. Sərgi zallarında divarlara kiçik həcmli şeirlər də həkk olunub. Bu şeirlər Mirnadir Zeynalovun əsərlərinin ideyalarını tamamlamaq, daha yaxşı qavranılmasına kömək etmək məqsədi daşıyır. Geri dön |