Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Miyanada səhiyyə acınacaqlı durumdadır"-Millət vəkili naziri tənqid etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "Miyanada səhiyyə acınacaqlı durumdadır"-Millət vəkili naziri tənqid etdi

"Miyanada səhiyyə acınacaqlı durumdadır"-Millət vəkili naziri tənqid etdi


Güney Azərbaycanın Miyana şəhərinin İran parlamentindəki nümayəndəsi Mürtəza Hüseyni bölgədə səhiyyə durumunun acınacaqlı durumda olduğunu deyib və buna görə səhiyyə nazirini tənqid edib.

“Miyana şəhərində səhiyyənin vəziyyəti, laboratoriya avadanlığı, imkanları və xəstələrə xidmət baxımından çox acınacaqlıdır”-deyə, Hüseyni Səhiyyə Nazirliyinin bölgəyə laqeyd münasibət bəslədiyini bildirib.

O, şəhərdə olan iki xəstəxananın standartlara uyğun olmadığını, xəstələrə düzgün xidmət göstərilmədiyini qeyd edərək problemin həlli üçün Miyananın səhiyyə sahəsinə büdcə ayrılmasının vacibliyini qeyd edib.

Geri dön