Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa İttifaqı Şurasının Prezidenti Brüsseldə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Avropa İttifaqı Şurasının Prezidenti Brüsseldə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb

Avropa İttifaqı Şurasının Prezidenti Brüsseldə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı jurnalistlərə müsahibə verib.

müsahibəni təqdim edir.

Jurnalistləri salamlayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dedi: Axşamınız xeyir. Elə indicə biz Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla gözəl və çox səmərəli görüş keçirdik. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür. Ona görə də biz bütün müsbət səyləri, etimadyaratma tədbirlərini dəstəkləməklə məşğuluq və bu gecə böyük bir irəliləyişə nail olduq. Bu isə o deməkdir ki, biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq.

-Cənab Prezident, sizcə, sülh sazişinin imzalanması nə qədər çəkər?

- Bunu proqnozlaşdırmaq çətindir. Amma dekabrda Brüsseldə hər iki liderlə ilk şəxsi görüş zamanı mən hiss etdim ki, maraqlı bir addım atıldı, tərəflər bir-birini dinləməyə və bir-birini narahat edən məsələləri, həmçinin prioritetləri, hər iki tərəf üçün həssas olan məsələləri daha yaxşı anlamağa meyilli idilər. Bu, birinci vacib element idi. Bu arada, mənim hər iki liderlə müntəzəm telefon danışıqlarım olub. Biz bu axşamkı görüşə çox hazırlaşmışıq. Biz buna vaxt ayırdıq. Bilirsiniz ki, nahardan əvvəl mənim hər iki liderlə ikitərəfli görüşüm oldu. Səmimi desəm, düşünürəm ki, biz çox gərgin çalışırıq, irəliləyiş var. Hər iki tərəfdə olan çağırışları və çətinlikləri gözardına vurmuram. Lakin hesab edirəm ki, irəliləyişə nail olmaq, əməkdaşlıq etmək, prioritetləri, birlikdə ata biləcəyimiz konkret addımları müəyyənləşdirmək üçün ortaq iradə var.

– Cənab Prezident, deyə bilərik ki, biz sülh sazişinə yaxınlaşırıq?

- Əminəm ki, bu gecə biz düzgün istiqamətdə mühüm bir addım atdıq. Əlbəttə, bu, hər şeyin həll olunduğu anlamına gəlmir. Lakin bu o deməkdir ki, biz irəliləyişə nail olmuşuq. Çünki biz ortaq məxrəcə gəlmək, bütün regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün ümid edirəm ki, mümkün qədər tez bir zamanda dayanıqlı razılaşma əldə etmək məqsədilə vacib elementlərin nədən ibarət olduğunu daha yaxşı başa düşürük. Təşəkkür edirəm.

– Proses başlayıbmı?

- Proses bu gecə başlayıb.

Geri dön