Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Füzuli rayonunda süni qiymət artımına nəzarət gücləndirilir
Füzuli rayonunda süni qiymət artımına nəzarət gücləndirilir |
Horadiz şəhəri Heydər Əliyev Mərkəzində rayon ərazisində süni qiymət artımına qarşı nəzarət tədbirlərinin gücləndirilməsi, istehlak bazarına nəzarətin artırılmasına həsr olunan müşavirə keçirilib
Müşavirədə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətindən verilən məlumata görə, müşavirədə əvvəlcə torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub. Çıxış edən Alı Alıyev COVID-19 pandemiyası ilə əlaqədar ölkələr arasında sərhədlərin bağlanmasının, Rusiya ilə Ukrayna arasında müharibənin mənfi təsirlərinin, o cümlədən dünyada baş verən iqtisadi proseslərin Azərbaycandan da yan keçmədiyini, idxal-ixrac əməliyyatlarında yaranan problemlərin ölkəyə xaricdən idxal olunan bəzi ərzaq və digər məhsulların qiymətlərinin artmasına təsir etdiyini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən dövlət qurumları ölkədə istehsal olunan və əhalinin ərzaq səbətinə daxil olan məhsulların qiymətlərinin sabit saxlanılmasına, yerli istehsalın artırılmasına çalışmalıdırlar. Həmçinin qeyd edilib ki, Füzuli rayonunda süni qiymət artımının qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti aidiyyəti qurumların nümayəndələri ilə birgə istehlak bazarına daim nəzarət edir, qiymətlərin süni şişirdilməsi, süni məhsul qıtlığı, qiymətlərdə manipulyasiya hallarına yol verilməməsi və digər sui-istifadə hallarının qarşısının alınması üçün bu sahəyə ciddi nəzarət olunur. Müşavirədə rayon Vergilər şöbəsinin rəisi Aqil Atakişi, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin nümayəndəsi Məqsəd Babayev, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Şirvan Atakişiyev, sahibkarlar Təyyar Cəfərov, Allahverdi Rüstəmov və digərləri çıxış ediblər. Diqqətə çatdırılıb ki, rayonda istehlak bazarında süni qiymət artımı, süni məhsul qıtlığı və digər sui-istifadə hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektlərinin sahibləri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək. Alı Alıyev vətəndaşlara süni qiymət artımı ilə bağlı vətəndaşlıq mövqeyindən çıxış edərək, ictimai nəzarət qaydasında rayon icra hakimiyyətində yaradılmış “qaynar xətt”ə və aidiyyəti qurumlara məlumat vermələrini xahiş edib. Geri dön |