Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkəsinin gələcəyi haqqında aydın təsəvvürləri, planları və proqramları olan xarizmatik lider
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ölkəsinin gələcəyi haqqında aydın təsəvvürləri, planları və proqramları olan xarizmatik lider

Ölkəsinin gələcəyi haqqında aydın təsəvvürləri, planları və proqramları olan xarizmatik lider


Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin dörd ili tamam olur. Bu dövrdəki uğurlu siyasi fəaliyyət də əvvəlki illərdə olduğu kimi Azərbaycan dövlətinin dayanıqlı inkişafına və tərəqqisinə xidmət edib.

“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”, - Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki çıxışında müəyyənləşdirilən bu vəzifələr uğurla reallaşır, qarşıdakı strateji hədəflərə doğru inamlı addımlar atılır.

Azərbaycanın son dörd ildə keçdiyi inkişaf yolunun bəzi xarakterik məqamlarına, uğurlarımızı şərtləndirən həlledici amillərə nəzər salır.

Xalqımız Prezident İlham Əliyevin liderliyi ilə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində ən yüksək qiymətini verdi. Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca səkkizinci seçkinin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq inamlı qələbə qazandı. Tarixi hadisələrlə, dinamik sosial-iqtisadi inkişafla səciyyəvi olan ötən dörd il seçicilərin öz seçimində yanılmadığını, Azərbaycan vətəndaşlarının siyasi şüurunun yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.

Şəffaf, ədalətli və azad seçkilər xalqın iradəsini əks etdirirdi. Beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş sosioloji sorğuların, “exit-poll”ların nəticələrinin seçkilərin rəsmi yekunları ilə üst-üstə düşməsi, müsbət beynəlxalq rəy bunun bariz göstəricisidir.

Böyük Britaniya parlamentinin üzvü Lord Devid Çarlz Evans prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq demişdi: “Seçicilərin fəallığı çox yüksəkdir. Biz bir neçə seçki məntəqəsində olmuşuq. Proses qanunvericiliyə uyğun, demokratik şəraitdə davam edir. Bunlar deməyə əsas verir ki, Azərbaycanda prezident seçkiləri mükəmməl təşkil olunub”.

2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik dəyişikliklər və inqilabi islahatlar kursuna səs vermiş oldu.

Dövlətimizin başçısının rəhbərliyi ilə əldə edilən iqtisadi yüksəliş, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini artırmağa imkan yaratdı. Bu da nəticə etibarilə torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən tarixi Qələbəyə transformasiya olundu. Xalqımız 44 günlük Vətən müharibəsində öz Prezidentinin ətrafında “dəmir yumruq” kimi sıx birləşərək gələcək taleyində dönüş nöqtəsi yaratdı. Müharibənin ilk günlərindən müdrik xalq Prezidentinə, Ordusuna güvəndi və böyük Qələbənin əldə edilməsi üçün səfərbər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik və strateji addımları, şanlı Azərbaycan Ordusunun gücü və xalqımızın birliyi sayəsində 44 gün davam edən müharibə ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi. Düşməni tarixi torpaqlarımızdan qovmaqla ədalətin təntənəsinə nail olduq.

2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini, işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması üçün geniş imkanlar yarandı.

Praqmatik siyasət kursu yürüdən Prezident İlham Əliyev Azərbaycanın postmüharibə mərhələsindəki gündəliyini yeni reallıqlara və çağırışlara uyğun qurub. İşğaldan azad edilmiş Qarabağ sürətlə bərpa olunur, bu yerlərə yenidən həyat qayıdır. Minalardan təmizlənmiş ərazilərdə zəruri infrastruktur quruculuğu həyata keçirilir. Bu ərazilər “yaşıl enerji” zonası elan edilib. Zəngilanda həyata keçirilən "Ağıllı kənd", "Ağıllı şəhər" layihələri, azad edilmiş şəhərlərimizin Baş planlarının hazırlanması və bu kimi fəaliyyətlər çox yaxın gələcəkdə Qarabağın cənnətə çevriləcəyinə böyük inam yaradır.

Son illər ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimizin iqtisadi gücü daha da artıb. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olub.

2018-ci il seçkilərindən əvvəlki 15 il tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – deyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadi sahədə islahatların təşəbbüskarı kimi çıxış edib. Bunun nəticəsidir ki, 2003-2018-ci illərdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə çoxalıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 milyon 958 min 400 yeni iş yeri açılıb, 326,6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.

2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artdı. Sosial infrastruktur inkişaf etdi, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikildi və ya təmir edildi. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradıldı. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. Bütün bunların məntiqi nəticəsi olaraq deyə bilərik ki, dörd il əvvəl Azərbaycan xalqı məhz davamlı inkişafa və siyasi sabitliyə səs verdi.

Dövlətimizin başçısı 2018-ci il aprelin 18-də keçirilən andiçmə mərasimindəki çıxışı zamanı yeni islahatlar dalğasının anonsunu verərək demişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Ötən dörd il ərzində Prezident İlham Əliyev tərəfindən müxtəlif istiqamətlərdə olduğu kimi, sosial sahədə də möhtəşəm addımlar atıldı. Ekspertlər tərəfindən sosial inqilab xarakterli qərarlar adlandırılan fərman və sərəncamlar demək olar ki, əhalinin bütün təbəqələrini əhatə edirdi. Şəhid ailələrinə, məcburi köçkünlərə, tələbələrə, əlilliyi olan şəxslərə verilən müavinətlər, minimum əməkhaqqı, pensiyalar artırıldı. Uğurla həyata keçirilən sosial islahatlar paketi milyonlarla vətəndaşın rifahının ciddi şəkildə yaxşılaşmasına imkan yaratdı.

Onu da qeyd etmək lazımdır ki, seçkilərdən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı oldu. 2019-cu il 28 yanvar tarixli daha bir Fərmanla isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsi daha da genişləndirildi.

Dövlətimizin başçısının ölkənin sosial həyatında atdığı inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən müddət ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. 2019-cu il 25 fevral tarixli Sərəncamla isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz yüksəldi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Digər bir Sərəncamla isə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da 500 mindən çox məcburi köçkünün rifah halının yüksəldilməsinə əhəmiyyətli təsir göstərdi. Həmçinin 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu.

Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldırmağa yönəlmiş Fərman oldu.

Təbii ki, bütün dünya üçün bir sınaq olan COVID-19 pandemiyası dövründə də dövlətimizin başçısı vətəndaşlarımızın sağlamlığının qorunması, sosial problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul etdi. Bir neçə milyard manat dəyərində sosial paket pandemiyanın təsirinə məruz qalan insanlara, özəl sektora, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara kömək oldu. Bununla yanaşı, koronavirusa yoluxmuş şəxslərin müalicəsinin aparılması üçün modul tipli xəstəxanalar inşa edildi, bu xəstələri müalicə edən həkimlərin maaşları artırıldı və digər zəruri addımlar atıldı.

Sosial sahədə aparılan davamlı islahatlarda həssas sosial qruplara yönələn davamlı və əhatəli münasibət ölkə rəhbərliyi tərəfindən qəbul edilən qərarlarda özünü göstərir. Həssas sosial qruplardan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının ötən ilin sonlarında imzaladığı yeni fərman və sərəncamlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, təqribən 2,1 milyondan çox vətəndaşın sosial rifahına və ailə büdcəsinə müsbət təsir göstərib. Eləcə də torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş, müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərin təqaüdləri növbəti dəfə orta hesabla 50 faiz artırılıb.

2021-ci ildə Azərbaycan Prezidenti tərəfindən müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. İşğaldan azad olunmuş ərazilərə qayıdışı sürətləndirmək üçün mühüm layihələrin icrasına başlanıldı. Böyük həcmdə maliyyə vəsaiti tələb edən infrastruktur layihələri, digər bərpa proqramları fonunda 2022-ci ilin böyük Sosial Paketinin elan olunması dövlətimizin başçısının həssas sosial qruplardan olan vətəndaşlara qayğısının daha bir nümunəsidir.

Şüarlarla deyil, vətəndaşın etimadı ilə yenidən Prezident seçilən, hər sözü, hər bəyanatı xalqın yaddaşında iz buraxan, hər qərarı xalqın taleyində böyük dəyişikliklər yaradan İlham Əliyev sözün əsl mənasında yeni bir Azərbaycan qurur: məğlubedilməz, durmadan güclənən və çiçəklənən, vətəndaşları üçün qürur mənbəyi olan bir Azərbaycan.

Son illər ölkəmizin beynəlxalq müstəvidə mövqeyi və nüfuzu xeyli dərəcədə güclənib. Daxili siyasətin uğurla icra edilməsi ötən dörd ildə xarici siyasət kursunda da müvafiq tendensiya ilə müşahidə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik addımlar Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaradıb. Dünyanın bir çox dövlətlərində baş verən neqativ hadisələr, alovlanan müharibə və münaqişələr fonunda Azərbaycan Prezidentinin yürütdüyü müstəqil, konstruktiv siyasətin bəhrəsini hər bir siyasi qərarda və gündəlik həyatımızda görürük. Bu gün Azərbaycan vətəndaşı təhlükəsizliyin qorunduğu, sabit və inkişaf edən bir ölkədə yaşayır, yaradır, firavan gələcək qurur. Ölkəmiz bu gün beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Dövlətimizin başçısının özünün də dediyi kimi, Azərbaycan gənci küçələrdə, iğtişaşlarda deyil, elm ocaqlarında zəngin biliklərə yiyələnir, özlərinə sağlam gələcək qururlar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycanın uğurla sədrlik etməsi də olduqca önəmli məsələdir. Prezident İlham Əliyevin məntiqli addımlarının nəticəsidir ki, Azərbaycan vaxtilə xəyal kimi görünənləri reallığa çevirir. Belə ki, dünyanın çox həssas bir dönəmində türk dövlətlərinin coğrafi bütünlüyü, həmrəyliyi məsələsinin gündəmə gətirilməsi qətiyyət və cəsarət tələb edirdi. Bu mürəkkəb və vacib tarixi missiyanın da öhdəsindən gələn Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son illərdə sinxron şəkildə atdıqları addımların nəticəsidir ki, türkdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi irəliləyiş əldə olunub. Məhz bu fəaliyyətə verilən yüksək qiymət olaraq, 2021-ci il noyabrın 12-də Prezident İlham Əliyev Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edilib.

Hazırda Azərbaycanın Avropanın enerji təminatçısı qismində çıxış etməsi ölkəmizin etibarlı tərəfdaş olduğunun göstəricisidir. Azərbaycan üzərinə götürdüyü öhdəliyə sadiq qalaraq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik kəmərini (TAP) müharibədən qısa müddət sonra istifadəyə verdi. Cənub Qaz Dəhlizi layihəsində iştirak etməyən dövlətlər indi TAP-ın həyati əhəmiyyətini görür, ona qoşulmaq niyyətlərini dilə gətirirlər. Bu, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin, Azərbaycanın müsbət imicini formalaşdırmasının məntiqi nəticəsidir.

Nəhayət, 2022-ci il aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfərinə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərinə və əldə olunmuş nəticələrə diqqət yetirsək, dövlətimizin başçısının gözləntilərinin özünü tam olaraq doğrultduğunu görə bilərik. Danışıqların Brüssel formatı milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin, diplomatiyamızın növbəti uğuru olmaqla, eyni zamanda, Prezident İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisidir.


Geri dön