Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Böyük Britaniya Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə qarşı sanksiya tətbiq edib
Böyük Britaniya Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrinə qarşı sanksiya tətbiq edib |
Böyük Britaniya hökuməti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli sədri Milorad Dodik ilə Bosniya və Herseqovinanın Serb Respublikasının rəhbəri Zelyka Cviyanoviçə qarşı sanksiya tətbiq edib.
Britaniya hökumətinin bəyanatında Bosniya və Herseqovinanın funksionallığına və legitimliyinə xələl gətirdiyinə görə M.Dodik və Z.Cviyanoviçə qarşı tətbiq olunan sanksiyaların səyahət qadağaları və aktivlərin dondurulmasını əhatə edir. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib: “Bu iki siyasətçi Bosniya və Herseqovinada çətinliklə əldə edilmiş sülhə xələl gətirirlər. Onların hərəkətləri Qərbi Balkan regionunda sabitliyi və təhlükəsizliyi təhdid edir”. Britaniyanın bəyanatında sanksiyaların Serb Respublikasına və ya serb xalqına qarşı olmadığı vurğulanıb. Geri dön |