Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:bu cəhdlər bölgədə gələcək sülhü təhlükə altına ala bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:bu cəhdlər bölgədə gələcək sülhü təhlükə altına ala bilər

Fərəc Quliyev:bu cəhdlər bölgədə gələcək sülhü təhlükə altına ala bilər


Azərbaycan və Ermənistan arasında 44 günlük müharibə bitdikdən sonra ən çox müzakirə olunan məsələ bölgədə sülhün, sabitliyin bərqərar olmasıdır.

Azərbaycan bunun üçün lazımı addımları atır. Bölgədə sülhün bərqərar olması Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyan Azərbaycanın sülh təklifinə razılaşmaqdan keçir.

Ermənistan da son zamanlar sülh çağırışları ilə çıxış edir. Lakin Ermənistanın özündə və kənarda bu təkliflərə maraqlı olmayan qüvvələr, İrəvanın yenidən silahlandırılaraq növbəti qarşıdurmalar üçün hazırlanmasına cəhdlər var.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya bildirib ki, bu cəhdlər bölgədə gələcək sülhü təhlükə altına ala bilər:

“Azərbaycan dövlət olaraq bütün qonşularla sıfır problemli qonşuluq siyasəti yürüdür. Heç kimə problem yaratmamışıq. Bizlə hansı problem yaranıbsa, qonşularımızın günahından olub. Ermənistan bizim əraziləri 30 il müddətində işğal edib. Təbii ki, bunun da ruhvericisi rusdur. Amma İkinci Qarabağ savaşından sonra yaranmış yeni reallıqlarda Ermənistan da başa düşüb ki, Azərbaycanla normal münasibətlər saxlamalıdır. Azərbaycanın 5 prinsipi təqdim etməsi onu göstərir ki, indiyə qədər mövcud olan müəyyən prinsiplər, məsələn, Madrid prinsipi tarixin arxivinə getdi. İndi ortada Bakı prinsipləri var. Paşinyan da parlamentdəki çıxışında bildirib ki, biz Azərbaycanın təkliflərinə baxdıq və burada Ermənistanın qəbul edə bilməyəcəyi heç nə yoxdur. Yəni Azərbaycan beynəlxalq qaydalara əsaslanan təkliflərlə çıxış etmişik. Birinci, ərazi bütövlüyümüzü tanımaq, suverenliyimizə hörmət etmək, ərazi iddiasında olmamaq, delimitasiya və demarkasiya prosesini həyata keçirmək və kommunikasiyaların açılması məsələsidir”.

Partiya sədri Ermənistanın tərksilah olunmasında Rusiyanın maraqlı olmadığını vurğulayıb:

“Rusiya, yəni Lavrov tərəfindən belə bir fikir səslənmişdi ki, Ermənistanın gücləndirilməsi ilə bağlı yardım ediləcək. Mütəmadi olaraq Azərbaycan və Ermənistanın təkbaşına danışıqlarına da mane oldular. Brüssel görüşündən sonra bir qıcıqları ortaya çıxdı. Lavrov Ermənistan xarici işlər naziri ilə birgə brifinq keçirəndə yalnız 10 noyabr və sonra qəbul olunan iki bəyanat əsasında danışdı. Brüsseldəki razılaşmaya o qədər diqqət edilmədi. Brüsseldəki danışıqlarda nəzərə alınmışdı ki, tərəfələr ikisi biri-biri ilə danışsın. Amma Rusiya özünü prosesdə görmək, demarkasiya və delimitasiya prosesində tərəf olaraq iştirak etmək istəyir. Dövlət olaraq özlərini belə mövqedə görürlər. Lavrov özü, onun təmsil olduğu dövlət Ukraynada savaş aparır və bildirir ki, Ukrayna silahlanarsa, bu, Rusiya üçün təhlükədir, hətta Ukraynanın silahsızlaşdırılmasını tələb edir. Ukraynada hakimiyyətin dəyişməsini də bir vaxtlar tələb ediblər.

Amma Ermənistan Azərbaycana hücum edib, ərazilərini işğal edib, ölkənin 20 faizini dağıdıb, rəsmi Moskva isə bununla bağlı ortaya mövqe qoymayıb. İndiki şəraitdə Ermənistan tərksilah olunmalı, silahsızlaşdırılmalıdır. Çox təəssüflər olsun ki, Rusiyanın mövqeyi tamamilə qeyri-qənaətbəxşdir. Hesab edirəm ki, Rusiya bundan sonra bu cür müdaxilələr etməməlidir. Dünən müşavirədə Azərbaycan Prezidenti də bu məsələyə toxundu ki, əgər Ermənistanı hər hansı bir dövlət silahlandırarsa, onları müharibəyə təhrik edərsə, onları qeyri-dost dövlət kimi tanıyacaq və uyğun addımlar atacağıq. Azərbaycan sülh istəyir, amma təhdid olacaqsa, təbii ki, bu təhdidləri aradan qaldırmaq üçün bütün vasitələrdən, “dəmir yumruq”dan istifadə hüququnu saxlayır. Biz sülh istəyirik, təkliflərimizi vermişik, Ermənistan da gələcəyinin buna bağlı olduğunu bilməli və siyasətində yenilik etməlidir”.

Günay/Cebhe.info

Geri dön