Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri” başlayıb
Mingəçevir Dövlət Universitetində “Kiber təhlükəsizlik günləri” başlayıb |
Mingəçevir Dövlət Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Kiber təhlükəsizlik günləri” çərçivəsində təlimlərə start verilib. MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlarının iştirakı ilə baş tutan ilk təlim günündə universitetin qonaq professoru Ercan Nurcan Yılmaz “Kiber təhlükəsizlik” mövzusunda təqdimatla çıxış edib.
MDU-dan bildirilib ki, təqdimat zamanı kiber təhlükəsizlikdə təməl anlayışlar, kiber müharibə və informasiya təhlükəsizliyinin idarəetmə sistemi barədə ətraflı məlumat verilib. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. Proqrama uyğun olaraq, növbəti təlimlər 15 və 24 aprel tarixlərində keçiriləcək. Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların və təhsilverənlərin IT sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Geri dön |