Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Prezidentin çıxışından həm də belə qənaətə gəlmək olur ki, artıq bizə basqılar da azalıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Prezidentin çıxışından həm də belə qənaətə gəlmək olur ki, artıq bizə basqılar da azalıb”

Fərəc Quliyev: “Prezidentin çıxışından həm də belə qənaətə gəlmək olur ki, artıq bizə basqılar da azalıb”


Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib ki, Ermənistan Azərbaycanın bütün şərtləri ilə Brüsseldə razılaşıb.
Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə bizim təmaslarımız müharibədən sonra daha intensiv xarakter alıb: “Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlər keçirilib. Görüşlər haqqında məlumat verilmişdir, bu məsələ ilə əlaqədar çox da danışmaq istəmirəm. Ancaq əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan ictimaiyyəti gördülər ki, yekun kommünikedə “Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz edib və “münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə - 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilib. Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif verib və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşıb. Brüssel görüşünə qədər artıq bu açıqlamalar verildi. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da, yəni aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir. Razılaşdırıldı ki, həm sərhədlə, həm də sülh müqaviləsinin hazırlanması ilə bağlı işçi qrupları yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında, hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30 il ərzində birinci dəfə telefon söhbəti də olub. Biz bunu da müsbət qiymətləndiririk. Çünki iki ölkə arasındakı münasibətləri iki ölkə həll etməlidir. Buna köməklik göstərmək istəyənlər kömək göstərməlidirlər. Mən bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir. Hesab edirəm ki, sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır. Bu prosesə biz çox böyük ümidlərlə baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt itirmədən məsələnin həllinə başlayaq".

Göründüyü kimi, ölkə başçısı Ermənistanın bizi narahat edən bütün iddialarından əl çəkdiyini bildirir. Bütün bunlar Azərbaycanın postmüharinə dönəmində də öz qalibiyyətini təsdiqlədiyinin sübutu sayıla bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan özünün müharibıdən sonra götürdüyü xətti davam etdirir: “Bəzi məqamlarda masada irəliləyiş olmasa da, heç dayanmadıq. Son hadisələr də bunu göstərir. Prezidentin bir fikri də oldu. Xüsusilə də Rusiyaya işarə edirdi ki, Ermənistanı silahlandıranları biz dost olmayan ölkələr sıyahısına salacağıq və onlara olan münasibıtimizi dəyişəcəyik. Bəllidir ki, Ermənistanı silahlandıran Rusiyadır. Bu o anlama gılir ki, Rusiyanın qoyduğu şərtlər, erməniləri ərgöyünləməsi keçmir. Bu da olduqca mühüm məsələdir. Bizim beş prinsipin qəbul edilməsi o anlama gəlir ki, 30 il ərzində gündəmdə olan Lavrov, Madrid kimi prinsiplər artıq yoxdur, ortada yalnız Bakı prinsipləri var. Artıq Avropa İttifaqının özü də bu şərtlərə loyal yanaşır. Demək olar ki, həmin şərtləri hamı qəbul edib. Avropa İttifaqı Şirasının rəhbəri Mişel həm də Fransa XİN rəhbəri olduğu üçün elə Parisin də rəsmi mövqeyini ifadə edib. Qərb dairələri də anlayır ki, yalnız Azərbaycanın haqlı maraqlarının müdafiəsi bölgədə sabitliyə təminat verə bilər.

Təbiidir ki, burada yaranmış qlobal vəziyyətin də rolu böyükdür. Rusiyanın bütün dünya ilə üz-üzə olmasının da proseslərə təsiri var. Ən əsası budur ki, Azərbaycan və Türkiyə ortaya bir tövr qoyublar. Bir az əvvəl mən Prezidentdən təsadüfən sitat gətirmədim. Azərbaycan demək istəyir ki, Ermənistana kimin dəstək verməsindən asılı olmayaraq, Azərbaycan Qarabağa tam olaraq nəzarəti ələ götürəcək. Orada yaşayan ermənilər də başa düşməlidir ki, Azərbaycan bayrağı altında yaşayacaqlar. Prezidentin çıxışından həm də belə qənaətə gəlmək olur ki, artıq bizə basqılar da azalıb. İndiyə qədər təzyiq edənlərin özləri də bizim prinsipləri qəbul ediblər”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com



Geri dön