Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz məktəblərində Türk dilində danışanlar cərimələnir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Hüquq > Təbriz məktəblərində Türk dilində danışanlar cərimələnir

Təbriz məktəblərində Türk dilində danışanlar cərimələnir


İran "İslam" Cümhuriyyətində növbəti dəfə islam, vətəndaşlıq və insan haqlarına sığmayan şovinisti əməllərə rast gəlinir.

Məlumata görə, rejimin əlaltıları bəzi Təbriz məktəblərində cərimə sandığı yerləşdiriblər.
Xüsusilə Təbrizin bir sıra qız məktəbləri, o cümlədən Həzrəti Məsumə və Fatimiyyə məktəblərində şagirdləri türk dilində danışmağa görə cərimə edirlər. Həmin məktəblərdə İran və dünya tarixi dərsliyinin müəllimi xanım Əzizzadə kilaslarda cərimə sandığı yerləşdirib və şagirdləri fars dilində danışmağa məcbur edir. Türk dilində danışan şagirdlər rasistcəsinə cərimə edilir. Şagirdlər belə qeyri-insanı hərəkət nəticəsində dərslərdə və sual-cavablarda fəal iştirak edə bilmirlər.
Qeyd edək ki, Güney Azərbaycanda cərimə sandıqlarının təhsil müəssisələrində olması hər kəs üçün tanış mövzudur. Bu qeyri-insani əməlin ənənəsi Pəhləvilər dövründə qoyulub və indi isə sözdə dinçi olan hökumət qüvvələri tərəfindən davam etdirilir.

Geri dön