Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə “İNNOPROM. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən sessiyada Azərbaycan da iştirak edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Daşkənddə “İNNOPROM. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən sessiyada Azərbaycan da iştirak edib

Daşkənddə “İNNOPROM. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi çərçivəsində keçirilən sessiyada Azərbaycan da iştirak edib


Daşkənddə “İNNOPROM. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisində Özbəkistandan başqa Rusiya, Belarus, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Fransa, Tacikistan və digər ölkələrin 700 şirkəti iştirak edir.

Sərgi çərçivəsində “Mərkəzi Asiyada beynəlxalq əməkdaşlıq: yeni məhsullar və texnologiyalar” mövzusunda keçirilən sessiyaya Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da qatılıb.

Sessiyada Özbəkistanın investisiya və xarici ticarət nazirinin müavini Şuxrat Bafayev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, həmçinin digər nümayəndələr öz çıxışlarında Mərkəzi Asiya ölkələrində sənaye sahələrinin daha da inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi, bazara yeni məhssulların çıxarılması və digər məsələlərə toxunublar.

Niyazi Səfərov öz çıxışında bildirib ki, Mərkəzi Asiya iqtisadi cəhətdən Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan da Mərkəzi Asiya dövlətləri üçüç iqtisadi cəhətdən maraqlıdır. Biz Mərkəzi Asiya ölkələrində iqtisadi inkişafı diqqətlə izləyirik. Bu gün Azərbaycan şirkətləri Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın müxtəlif sahələrinə sərmayə qoyur. Bu, infrastruktur layihələrini, tikinti, informasiya-kommunikasiya texnologiyaları və bir sıra digər sahələri əhatə edir.

“Bu gün Azərbaycanda avtomobil sənayesinin inkişafında irəliləyiş var. Hazırda Azərbaycanın “AZƏRMAŞ” ASC Özbəkistan istehsalçıları ilə sıx münasibətlər yaradır. Belə ki, Bakı yaxınlığındakı sənaye zonalarının birində “Chevrolet” minik maşını və “İsuzu” avtobuslarının istehsalı qaydaya salınıb. Əminəm ki, bundan sonra qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığımız daha da güclənəcək”, - deyə nazir müavini əlavə edib.

Geri dön