Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Regionlara verilən kreditin həcmi azalır
Regionlara verilən kreditin həcmi azalır |
Cümşüd Nuriyev: “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlətin ikinci proqramı cari il başa çatmalıdır”
Samir Əliyev: « Ölkədə əsas biznes mühiti paytaxt və paytaxt ətrafında cəmləşib » Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank təşkilatlarının ümumi kredit portfelində regionların payı nədənsə azalıb. Azərbaycan Mərkəzi Bankından mətbuata verilən məlumatda bildirilir ki, 2012-ci ilin dekabrın 1-nə olan vəziyyətə görə, ölkə üzrə ümumi kredit portfelinin həcmi 12042,376 milyon manat təşkil edib. Bunun da 10521,365 milyon manatı Bakı şəhərinin payına düşür. Bu isə o deməkdir ki, ümumi kredit portfelində paytaxtın payı 87,37 faiz təşkil edib, 12,63 faizi isə regionların payına düşür. Ötən ilin eyni dövründə kredit portfelinin 87,2 faizi Bakının, 12,8 faizi bölgələrin payına düşmüşdü. Belə vəziyyət son bir ildə ümumi kredit portfelində regionların payının 12,8 faizdən 12,63 faizə enməsi deməkdir. Bu dövr ərzində ölkə üzrə kredit portfelinin həcmi ötən ilin eyni dövrünə nisbətən 22,2 faiz çoxalıb. Lakin müxtəlif bölgələrdə kredit portfelinin artım sürəti də fərqli olub. Bəzi bölgələrdə isə kreditlərin azalması müşahidə olunub. Son bir ildə kredit portfelinin ən böyük artımı Kəlbəcər-Laçın (42,2 faiz) və Yuxarı Qarabağ (39,3) iqtisadi rayonlarında müışahidə olunub. Amma bu iqtisadi rayonların kredit portfelinin həcmi kiçik olduğuna görə, nominal artım o qədər də böyük deyil. Aran, Dağlıq Şirvan və Lənkəran bölgələrində kreditlərin artım sürəti ölkə üzrə ümumi artımdan aşağı olub. Şəki-Zaqatala iqtisadi rayonuna verilən kreditlərin həcmi də aşağı düşüb. Qeyd edək ki, son illər dövlət səviyyəsində regionların sosial-iqtisadi inkişafı istiqamətində müəyyən proqramlar həyata keçirilib. Bunun da nəticəsində regionlarda bəzi infrastruktur layihələri baş tutub. Bəzi müəssisələr istifadəyə verilib, nəticədə bölgələrdə işsizliyin azaldılması ətrafında müəyyən irəliləyişlər var. Amma hələ də bank sektoru regionlara kredit ayırmaqda maraqlı deyil. Bu zaman onların irəli sürdüyü şərtlər də Bakı ilə müqayisədə daha ağırdır. Həticədə ildən-ilə banklar tərəfindən regionlara ayrılan kredit portfelinin həcmi də azalır. Belə vəziyyət isə bölgələrin inkişafına yaxşı heç nə vəd etmir. Məsələ barədə ekspertlərin fikirlərini öyrənməyə çalışdıq. İqtisadçı ekspert Cümşüd Huriyev bankların kredit portfelində bölgələrin payının azalmasına təbii baxır: «Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlətin ikinci proqramı cari il başa çatmalıdır. Dövlət büdcəsi vasitəsilə regionlarımızın inkişafına kifayət qədər vəsait ayrılır. Amma kredit şəklində bölgələrə ayrılan vəsaitin azalmasını hardasa təbii qəbul etmək lazımdır. Bu hal birinci növbədə zənnimcə regionlarda kredit götürmək istəyən əhalinin sayının azalması ilə bağlıdır. Artıq fermer təşkilatları kifayət qədər təşəkkül tıpıb. Hazırda regionlarda kredit götürmək istəyənlərin əksəriyyətini qısa müddətli ticarətlə məşğul olan insanlar təşkil edir. Digər tərəfdən, paytaxtla müqayisədə regionlarda insanların alıcılıq qabiliyyəti də aşağıdır. Ona görə onlar üçün kredit götürmək də sərf etmir. Verilən yüksək faizin yükünün altından region əhalisi çıxa bilmir. Banklar depoziti 12-13 faizlə qəbul etsələr də, 23-27 faizlə kredit verirlər. Yəni bu halda iki dəfə çox qazanırlar. Ölkənin pul-kredit siyasətində də ciddi dəyişikliklər etmək lazımdır ki, bankların bölgələrə marağı artsın. Hazırkı pul-kredit siyasətində təəssüf ki, yumşaq kredit sistemi öz əksini tapmayıb». Həmsöhbətimiz onu da qeyd etdi ki, hökumət regionlara kredit ayrılmasının artırılması məsələsinə ciddi fikir verməsə, yaxın gələcəkdə bölgələri daha ciddi problemlər gözləyəcək: «Proses bütün hallarda regionların inkişafına mənfi təsir göstərə bilər. Bölgələrə vəsaitin azalması ilə biznes sektorunun inkişafı da azalır. Bu mənfi tendensiyanın azaldılması üçün büdcənin gəlir hissəsində bölgələrin payı 2-3 dəfə artırılmalıdır». İqtisadi Təşəbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev bu qənaətdədir ki, bölgə əhalisinin sosial vəziyyəti və alıcılıq qabiliyyətinin Bakı ilə müqayisədə aşağı olması bankların kredit portfelində regionların rolunun azalmasına gətirib çıxarır: «Regionlarda əhalinin sosial vəziyyəti və biznes mühitinin pis olması kredit portfelində bölgələrin payının azalmasına rəvac verir. Ölkədə əsas biznes mühiti paytaxt və paytaxt ətrafında cəmləşib. Regionlara doğru getdikcə görürük ki, biznesin, əhalinin sosial vəziyyəti və onların kredit götürməsi pisləşir. Ölkə üzrə kreditlərin 90-95 faizi məhz Bakının payına düşür. Regionlarda əhalinin sosial vəziyyəti Bakı ilə müqayisədə ağır olduğundan banklar onlara kredit verməyə risq etmir. Çünki regionlara verilən hər bir kreditin geri qayıtmaması risqi paytaxta verilən kreditin geri qayıtma risqilə müqayisədə daha çoxdur. Ona görə də banklar özlərini sığortalamaq üçün regionlara münasibətdə şərtləri ağırlaşdırırlar. Bu baxımdan region insanı kredit almaq üçün paytaxtda yaşayan qohumunun adından istifadə etməklə prosesi rəsmiləşdirir. Regionlarda kredit portfelinin zəifləməsində kredit faizlərinin də rolu var. Kreditlər regionlara doğru getdikdə onun faizində artımı müşahidə edirik. Ölkə üzrə orta illik faiz dərəcəsi 16-17 faizdirsə, regionlarda bu göstərici 20 faiz həddini ötür. Hazırda regionların inkişafından danışdıqda dövlət tərəfindən həyata keçirilən proqramlardan başqa hər hansı bir tədbirlərdən söz aça bilmərik. Dövlət proqramları da daha çox region mərkəzlərinin abadlaşdırılması, müəyyən tikinti işlərinin görülməsilə ölçülür. Yəni regionlarda sırf infrstruktur sahəsində dəyişikliklər var. Amma iş yerlərinin açılması kimi məsələlər hələ ki, regionlarda öz həllini tapmayıb. Bu da son nəticədə region əhalisinin sosial vəziyyətinə pis təsir göstərir”. Günel CƏLİLOVA Geri dön |