Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Qazaxıstan nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb

Qazaxıstan nümayəndə heyəti Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıb


Qazaxıstanın bir qrup KİV və ictimaiyyət nümayəndələri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb.

Qonaqlar - Qazaxıstanın İnternet Assosiasiyasının Prezidenti Şövkət Sabirov, Mərkəzi Asiya Strateji Araşdırmalar İnstitutunun təsisçisi və direktoru Anna Qusarova, Mərkəzi Asiya və Qafqaz iqtisadiyyatı üzrə ekspert Çingiz Serjanoviç Kanapyanov, HolaNews agentliyinin təsisçisi Aset Matayev Seytqaziyeviç erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq əraziyə gül dəstələri düzüblər.

Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Geri dön