Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda abilimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
Azərbaycanda abilimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib |
Azərbaycan Milli Abilimpiya Federasiyası, Yaponiyanın Nippon Fondu, Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə iyunun 24–25-də Dənizkənarı bulvarda “Bir dünya, bir ailə” şüarı altında keçiriləcək “True Colors Festival”ına hazırlıqla əlaqədar işlər davam etdirilir.
Beynəlxalq festivala hazırlıqla bağlı Yaponiyanın Nippon Fondunun ölkəmizə səfər edən nümayəndələri ilə aprelin 27-də görüş keçirilib. Görüşdə federasiyanın prezidenti İlqar Rəhimov, Nippon Fondunun "Diversity in the arts" layihəsinin direktoru Yokoo Norihiko, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova, festivalın bədii rəhbəri, Əməkdar artist Nicat Kazımov və Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihiro iştirak ediblər. İ.Rəhimov ölkəmizdə abilimpiya hərəkatının inkişafı və gələcəkdə görüləcək işlər barədə qonaqlara məlumat verib. Bildirib ki, ölkəmizdə fiziki məhdudiyyətli şəxslərə xüsusi diqqət göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə müvafiq dövlət qurumları tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Məhz dövlət başçısının göstərdiyi diqqət və qayğı, dövlətin apardığı düzgün siyasətin nəticəsidir ki, əlilliyi olan şəxslər bu gün cəmiyyətə inteqrasiya olunur, onlar digər şəxslərlə bərabər təhsil alır və müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Əlilliyi olan şəxslərin idmana da böyük maraqları var. Belə ki, Azərbaycan komandası “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edərək yüksək nailiyyətlərə imza atdı. Bu dövlət tərəfindən əlilliyi olan şəxslərə göstərilən diqqətin təzahürüdür. Nippon Fondunun "Diversity in the arts" layihəsinin direktoru Yokoo Norihiko öz növbəsində Azərbaycanda fiziki məhdudiyyətli şəxslərə olan diqqəti və abilimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib. Qeyd edib ki, Yaponiyadan festivalda iştirak üçün gələcək artistlər də tədbirin yüksək səviyyədə keçməsi üçün öz hazırlıqlarını davam etdirir və Bakıya gəlişlərini səbirsizliklə gözləyirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova deyib: “Ölkəmizdə dövlət başçısının tapşırığı ilə əlilliyi olan şəxslərin özlərini inkişaf etdirməsi üçün müxtəlif mərkəzlər inşa edilib. Məhz bunun nəticəsi olaraq Azərbaycanda fiziki məhdudiyyətli şəxslər arasında incəsənətə, müxtəlif peşə sahələrinə böyük maraq göstərilir. İyunda keçiriləcək festivalda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində incəsənətlə məşğul olan şəxslər də iştirak edəcəklər. Mərkəz festival iştirakçılarına bütün lazımi şəraiti yaradacaq və tədbir bitənədək öz dəstəyini göstərəcək”. Festivalın bədii rəhbəri, Əməkdar artisti Nicat Kazımov proqram haqqında geniş məlumat verərək bildirib ki, tədbir zamanı Azərbaycan və Yaponiyadan olan artistlərin hazırladığı birgə səhnələr də nümayiş etdiriləcək. Bununla bağlı Yaponiya tərəfi ilə sıx əməkdaşlıq edirik. Fiziki məhdudiyyəti olan şəxslərin iştirakı ilə ölkəmizdə bu səviyyədə daha öncə də tədbirlər keçirilib və bu istiqamətdə kifayət qədər təcrübəmiz var. Azərbaycan Milli Paralimpiya Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala-təqdimatını misal göstərmək olar. Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihiro öz növbəsində iki ölkə arasında olan diplomatik münasibətlər haqqında məlumat verib. O, Azərbaycan və Yaponiyadan olan artistlərin birgə iştirakı ilə baş tutacaq tədbirin keçirilməsini hər iki ölkə arasında olan isti münasibətlərin göstərici olduğunu vurğulayıb. T.Yukihiro qeyd edib ki, səfirlik bundan sonra da müxtəlif layihələr çərçivəsində Federasiya ilə əməkdaşlığı davam etdirəcək. Daha sonra tərəflər arasında beynəlxalq festivala hazırlıqla bağlı geniş müzakirələr aparılıb. Qeyd edək ki, festivalda hər iki ölkənin əlilliyi olan istedadlı şəxsləri konsert, rəqs və teatr tamaşaları nümayiş etdirəcəklər. Geri dön |