Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > İstanbulda “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda tədbir keçirilib

İstanbulda “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda tədbir keçirilib


İstanbulda “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı” mövzusunda tədbir keçirilib.

Mərasim Türkiyə Gənclər Vəqfi (TÜGVA), Azərbaycan Gənclər Fondu (AGF) və ölkəmizin İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən AGF-nin icraçı direktoru Fərid Cəfərli, son illərdə TÜGVA və Azərbaycan Gənclər Fondu arasındakı əməkdaşlıq münasibətlərinin yüksələn templə davam etdiyini bildirib.

O, iki qardaş ölkə gəncləri arasındakı bu münasibətlərin tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə daha da sıxlaşdırılmasının, eləcə də Şuşa başda olmaqla azad edilən bütün ərazilərimizdə Azərbaycan dövləti tərəfindən aparılan bərpa-yenidənqurma işlərində həm Azərbaycan, həm də Türkiyə gənclərin rolunun artırılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Zaur Allahverdizadə öz növbəsində qeyd edib ki, Şuşada iki ölkənin dövlət başçıları arasında imzalanan tarixi Şuşa Bəyannaməsi mahiyyət etibarilə, Türkiyə ilə Azərbaycan münasibətlərini ən yüksək səviyyəyə çatdırıb.

Qeyd edilib ki, məhz bu mənada, gənclər arasındakı əməkdaşlığın daha gücləndirilməsi, eləcə də onların qarşılaşdıqları problemlərin həlli istiqamətində konkret mexanizmlərin qurulması olduqca vacibdir.

TÜGVA-nın rəhbəri Enes Eminoğlu öz çıxışında dövlət başçılarımızın Şuşadakı görüşünün əhəmiyyətinə toxunub.

O deyib: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şuşanın yalnız şuşalılar üçün deyil, bütün azərbaycanlılar, bütün türk dünyası üçün əziz olması sözləri tarixi həqiqətlərin ən gözəl ifadəsidir. TÜGVA-nın Şuşaya ardıcıl səfərləri və gələcəkdə planlaşdırılan səfərlər də müəyyən mənada bu reallıqla bağlıdır".

Tədbirdə İkinci Qarabağ müharibəsi və Şuşada bərpa-yenidənqurma prosesləri haqqında videoçarx da nümayiş olunub.

Toplantıda Türkiyədə fəaliyyət göstərən və təhsil alan həmvətənlərimiz, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Geri dön