Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Rusiyanın qondarma qurumlara dəstək verməsinin fonunda Paşinyanın bu addımı atması təsadüf deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Rusiyanın qondarma qurumlara dəstək verməsinin fonunda Paşinyanın bu addımı atması təsadüf deyil”

Fərəc Quliyev: “Rusiyanın qondarma qurumlara dəstək verməsinin fonunda Paşinyanın bu addımı atması təsadüf deyil”


Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurası ilə Xankəndidəki separatçı-terrorçu rejimin qondarma “təhlükəsizlik şurasının” birgə iclasını keçirəcək. Bu iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib. Nəşrin iddiasına görə, birgə iclasın cümə günü baş tutacağı gözlənilir:

“Ermənistan hakimiyyətinin məqsədi baş nazirin əvvəlki bəyanatlarını redaktə etmək, Qarabağı Azərbaycana təslim etməyəcəklərinə inandırmaqdır. Bu o demək deyil ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq planlarından əl çəkib. Bu görüşün gerçək məqsədi məsuliyyəti bölməkdir”.

Paşinyan “təhlükəsizlik şuralarının birgə iclasını” sonuncu dəfə 44 günlük müharibədən öncə Qarabağda keçirmişdi. Danışıqlar prosesinə son qoyulması, gərginliyin artması səbəblərindən biri də bu idi. Budəfəki iclasın yeri bəlli deyil. Paşinyan Qarabağa gələ bilmədiyi üçün mümkün iclasın Ermənistanda keçiriləcəyi gözləntisi çoxdur. Hərçənd, belə bir iclasın keçirilməsi bütün hallarda gərginliyi daha da yüksəldəcək.

Bundan əvvəl isə Ermənistanın Azərbaycanın icazəsi olmadan Qarabağa investisiya yatırımları etdiyini təsdiq edən məlumatlar da yayılıb. İndi də təhlükəsizlik şuralarını birləşdirilmiş iclasını keçirirlər. Nə proses gedir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan və komandası bu addımlarını nə ilə izah etsə də, bu birmənalı olaraq bizə qarşı təhdiddir: “Biz onların qarşısında beş şərt qoymuşuq. Paşinyan həmin şərtlərlə tanış olandan sonra bildirdi ki, ölkəsi üçün həmin şərtləri qəbul etməkdə heç bir problem yoxdur. Paşinyan həmin prinsiplərə hörmət edirsə, Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Ancaq biz görürük ki, Paşinyan tam olaraq bunların əksini edir. Bir arada icazəsiz investisiya yatırdı. Bütün bu addımlara heç bir bəraət qazandıra bilməz ki, güya bunları daxili auditoriyanı, revanşistləri sakitləşdirmək üçün edir. Nə etsə də, Azərbaycanın qırmızı xətlərinə toxunmamalıdır. İdarəetməni bacarmırsa, orada başqa bir sistem qurmağı bacarmalıdır. Yoxsa öz işlərini malamaq adı altında ikibaşlı oynayıb, azərbaycanlıların maraqlarını tapdamaq qəbuledilən deyil. Azərbaycan Paşinyanın reytinqi ilə manipulyasiya etməsini gözləyə bilməz. Belə bir iclas keçirilərsə, biz buna sərt reaksiya verməliyik. Əlimizdə olan imkanlardan istifadə edib ciddi ölçü götürməliyik. Çünki Ermənistan Azərbaycanın sərhədlərini tanımırsa, üçüncü dövlətin sərhədçilərini gətirib tanımadığı ərazilərə yığırsa, bu, Rusiyanın adı ilə bizi təhdid etmə anlamına gəlir. Azərbaycanın barəsində cinayət işi qaldırdığı separatçı rejimin rəhbəri ilə əməkdaşlığı davam etdirirsə, bu o deməkdir ki, sülh sazişindən yayınmağa cəhd edir. Azərbaycan beynəlxalq hüquqla əsaslandırılmış şəkildə ən sərt addımlarını ata bilər. Ciddi bir zərbə almasalar ağılları başlarına gəlməyəcək. Baş verənlər dünya miqyasında da izlənilir. Rusiyanın qondarma qurumlara dəstək verməsinin fonunda Paşinyanın bu addımı atması təsadüf deyil”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön