Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İtaliyada koronavirusa yoluxma və ölüm halları azalır
İtaliyada koronavirusa yoluxma və ölüm halları azalır |
Son həftələrdə İtaliyada COVID-19 infeksiyasına sutkalıq yoluxma və ölüm hallarında azalma müşahidə olunur.
“Gimbe” Fondunun məlumatına görə, 27 aprel-3 may tarixlərini əhatə edən həftə ərzində ölkədə koronavirusa yoluxma 8,9 faiz, ölüm isə 7 faiz azalıb. Xəstəxanaya müraciətlərdə 6,1 faiz, reanimasiya yerləşdirilmədə 10,5 faiz azalma qeydə alınıb. Qeyd edək ki, bu vaxtadək COVID-19-a 16 milyon 682 min 626 yoluxma faktının qeydə alındığı İtaliyada 164 min 179 nəfər virusun qurbanı olub. Hazırda ölkədə 1 milyon 165 min 124 aktiv koronavirus xəstəsi var ki, onlardan 369-u reanimasiya şöbəsindədir. İndiyədək 15 milyon 353 min 323 nəfər isə COVID-19 infeksiyasından müalicə olunaraq sağalıb. Geri dön |