Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Əgər biz daha ciddi islahatlar aparmaq istəyiriksə, bunun üçün referendumun keçirilməsi zəruridir”
Fərəc Quliyev: “Əgər biz daha ciddi islahatlar aparmaq istəyiriksə, bunun üçün referendumun keçirilməsi zəruridir” |
Azərbaycanda mövcud olan idarəçilik strukturunun - yerli icra hakimiyyəti sisteminin dəyişdirilməsi gözlənilir. Bunu Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda elan edib.
Prezident qeyd edib ki, icra hakimiyyəti strukturu SSRİ-nin çöküşü zamanı yaradılıb və gözləntiləri doğrultmayıb. Prezident, xüsusilə 10-a yaxın icra başçısının həbs edilməsinə toxunub. O qeyd edib ki, hazırda Qarabağda xüsusi nümayəndələr təyin edib və bu yeni sistem sınaqdan uğurla çıxdığı halda ölkə üzrə tətbiq ediləcək. Bəzi ekspertlər bu qənaətə gəlir ki, Azərbaycanda, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra yeni idarəetmə mərhələsinin başlanmasına ehtiyac hiss olunurdu. Prezidentin bu çıxışı yeni Konstitusiya islahatlarının anonsudur. Çünki ümumilikdə idarəetmə, onun forması, ölkənin inzibati-ərazi vahidi, icra strukturları və s. ilə bağlı elə məsələlər var ki, onlar yalnız konstitusion islahatlarla reallaşa bilər. Bunu əsas gətirərək iddia olunur ki, bu il ərzində yeni referendumun keçirilməsilə bağlı qərar verilə bilər. Bu referendumda yerli icra hakimiyyətlərinin yerinə seçilmiş institutların - bələdiyyələrin məsuliyyət və səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyələrinin yaradılması, mer seçkilərinin Konstitusiyada öz əksini tapması vasitəsilə, eləcə də Prezidentin yaratdığı 14 iqtisadi rayonu inzibati-ərazi vahidinə çevirməklə yeni idarəetmə mərhələsinə qədəm qoyula bilər. Ölkənin Konstitusiya islahatına gedəcəyi ilə bağlı səslənən versiyaları nə dərəcədə inandırıcı saymaq olar? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çoxdanın zərurətidir: “Mən Prezident və Milli Məclis seçkilərindəki çıxışlarım zamanı belə bir mövqe sərgiləyirdim ki, idarəetmə strukturu mütləq dəyişməlidir. Bəzi qurumlar arasında ciddi paralellik var. Məsələn, Vitse-prezidentlik institutu varsa, Nazirlər Kabineti artıq qurumdur. Prezident Administrasiyasının operatorluq rolunu saxlamaqla yerlərdə kifayət qədır ciddi islahatlar aparmaq mümkündür. Ən ümdə olanı isə bələdiyyə sisteminin canlandırılmasından keçir. İcra qurumlarının səlahiyyətlərini bələdiyyələrə vermək lazımdır. Belə olanda insanların idarəetmədə iştirak etməyə marağı artacaq. Siyasi partiyalarda qüvvələr nisbəti bəlli olacaq. Həm də seçilən şəxslər yalnız onu təyin edənlərin qarşısında məsuliyyət daşımayacaq. Seçicilərin qarşısında hesabatlı olacaqlar. Bununla yanaşı, şəhərlərin idarə edilməsində böyük şəhər bələdiyyələrinin də yaradılması vacibdir. Prezidentin təyin etdiyi nümayəndələr gələcəkdə prosesləri kontrolda saxlamaq baxımından lazım olacaqlar. Ancaq bütün idarəetmə bələdiyyələrə verilməlidir. Bu, eyni zamanda, yerlərdə olan xırda problemlərin elə ordaca operativ həllinə şərait yaranacaq. İndi görürük ki, vətəndaşlar bir xırda problemin həlli ilə bağlı gəlib Bakıda Prezident Administrasiyadına şikayətə gedirlər. Əgər biz daha ciddi islahatlar aparmaq istəyiriksə, bunun üçün Referendumun keçirilməsi zəruri olur. Hesab edirəm ki, bu islahatın nəticəsində biz həm də parlamentin proporsional sistem üzrə formalaşması ilə bağlı da qərar qəbul edə bilərik. Bu islahatlar eyni zamanda ölkədə harmoniya yaradacaq. Bunun nəticəsində biz həm də iqtisadi zonalar üzrə rayonların bir mərkəzdə birləşməsinə də nail ola bilərik”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |