Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həkimlər Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin səhhətində problem görmürlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Həkimlər Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin səhhətində problem görmürlər

Həkimlər Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin səhhətində problem görmürlər


Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Ciddədəki Kral Faysal Hospitalında kolonoskopiya müayinəsindən keçib və onun səhhəti yaxşıdır.

Bu barədə rəsmi SPA agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, həkimlər onun bir neçə gün hospitalda qalmasını məsləhət görüblər. Həkimlər kralın yoğun bağırsağının müayinəsi zamanı ciddi fəsadlar olmadığını aşkar ediblər.

Səudiyyə Ərəbistanının 86 yaşlı kralı hospitala bu gün səhər saatlarında yerləşdirilib. O bundan əvvəl öd kisəsindən əməliyyat olunub.

Geri dön