Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan və Argentina XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Azərbaycan və Argentina XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb |
Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov mayın 9-da Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Santyaqo Kafiyero ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə dövlətlərarası münasibətlərin səviyyəsi yüksək qiymətləndirilib, ölkələr arasında aparılan siyasi dialoqun əhəmiyyəti qeyd olunub. Müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar müzakirə edilib, növbəti il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd ediləcəyi, birgə tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni gündə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Argentina Xarici İşlər, Beynəlxalq ticarət və İbadət üzrə Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib. Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Argentina tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Pablo Tettamantinin rəhbərlik etdiyi nümayəndə heyətləri ikitərəfli münasibətlərin mövcud vəziyyəti, o cümlədən siyasi, iqtisadi, enerji, yüksək texnologiyalar və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bununla yanaşı, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparıblar. Nazir müavini E.Məmmədov Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi reallıqlar, azad edilmiş torpaqlarda aparılan bərpa və quruculuq işləri barədə ölkəmiz tərəfindən həyata keçirilən tədbirlər və irimiqyaslı layihələr haqqında qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərin əhəmiyyətinin artdığı diqqətə çatdırılıb. Həmçinin Argentinaya səfəri çərçivəsində xarici işlər nazirinin müavini Elnur Məmmədov Argentinanın beynəlxalq münasibətlər üzrə Şurasında çıxış edib, La Plata universitetində azərbaycanşünaslıq kafedrasında əməkdaşlar, təhqiqatçılar və tələbələr ilə görüş keçirib. Geri dön |