Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dialoq, Siyasi palitradakı anlaşma, Milli gücün toparlanmasıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Dialoq, Siyasi palitradakı anlaşma, Milli gücün toparlanmasıdır

Dialoq, Siyasi palitradakı anlaşma, Milli gücün toparlanmasıdır


İqtidar-müxalifət dialoqu davam edir.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son günlər artıq 7 siyasi partiya rəhbəri ilə görüşüb və bu görüşlər davam etməkdədir.

Fakt odur ki, siyasi sistemdə tətbiq olunan yeni siyasi konfiqurasiya iqtidar-müxalifət, o cümlədən bütün partiyalar arasında dayanıqlı, sivil münasibətlər sistemi formalaşdırdı. Prezident İlham Əliyevin elan etdiyi islahatlar paketinin tərkib hissəsi olan, 2019-cu ildə həyata keçirilən kadr və sturuktur dəyişiklikləri çox keçmədən öz bəhrəsini verdi. Bu islahatların nəticəsində cəmiyyət 2020-ci ildən ölkənin siyasi sistemində yeni münasibətlərin şahidi oldu. Ali siyasi rəhbərliyin iradəsi ilə başlanan iqtidar-müxalifət dialoqu ölkədə siyasi qüvvələr arasındakı münasibətləri dünya standartlarına uyğunlaşdırdı.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin 2020-ci ilin əvvəlindən siyasi partiyalarla apardığı dialoq iqtidarla müxalifət arasında əməkdaşlıq formatının təməl prinsiplərini və siyasi partiyalar arasında etimad mühitinin yaranmasına səbəb oldu. Yeni və sivil münasibətlərə əsaslanan bu model 2020-ci ilin ilk yarısında siyasi partiyalarla iqtidar arasında çoxillik problemləri və soyuq münasibətləri tamamilə aradan qaldırdı. Dövlətçilik prinsiplərinin qorunmasına xidmət edən yeni etimad mühiti 44 günlük Vətən müharibəsi zaman özünü bir daha təsdiqlədi. Bütün siyasi partiyalar Ali Baş Komandanın ətrafında birləşərək, Vətən müharibəsində hərbi və siyasi qələbənin qazanılmasında iştirak etdi.

Bu prosesin uğurla həyata keçirilməsində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və müvafiq şöbənin əməkdaşları Prezident İlham Əliyevin onların üzərinə qoyduğu vəzifəni uğurla tamamladılar.
İqtidar-müxalifət dialoqu başlayandan sonra müxalifət təmsilçilərinin cəmiyyətlə təmaslarında da ciddi aktivlik hiss olunur. Siyasi partiya təmsilçilərinin müxtəlif tribunalardan, efirlərdən partiya üzvləri və seçicilərlə ünsiyyət imkanları genişlənib. Bir zamanlar müxalifət nümayəndələrinin televiziya kanallarında çıxış etmək, öz fikir və təkliflərini dövlətə, cəmiyyətə çatdırmaq imkanları məhdud idi. İndi isə istənilən televiziya kanalında sərbəst çıxış etmək, dövlət siyasətinin formalaşmasında öz fikir və təklifləri ilə iştirak imkanları var. Bütün bu imkanlar siyasi partiyaların güclənməsinə təkan verir.

Azərbaycanda siyasi institutların inkişafı üçün yaradılan bütün imkanlar dövlət siyasətinin və Prezidentin elan etdiyi islahatlar paketinin tərkib hissəsidir. Ölkənin əsas və aparıcı siyasi partiyaları dialoqla başlayan və əməkdaşlıq modelinə keçidin yeni siyasi münasibətlər sistemində etdiyi dəyişiklikləri müsbət dəyərləndirir.

Xüsusi qeyd edək ki, iqtidar-müxalifət və siyasi partiyalar arasında dialoq ilk başlayanda, yeni siyasi konfiqurasiyalar yarananda, bəzi radikal qüvvələr bunu iqtidarın maraqlarına xidmət edən ötəri siyasi aksiyalardan biri, mövsümi missiya kimi xarakterizə etmək və cəmiyyəti çaşdırmaq istəyirdilər. Lakin onların təbliğatları baş tutmadı. Əksinə, cəmiyyət bu dialoq və əməkdaşlığı ölkədə sabitlik, stabillik baxımından müsbət qiymətləndirdi. Aparılan dialoq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən alqışlandı.

Bu gün siyasi diskussiyalar, siyasi qüvvələr arasında münasibətlər sosial şəbəkələr üzərindən qarşılıqlı təhdidlərdən uzaqlaşıb və qarşılıqlı etimad şəraitində davam edən canlı ünsiyyət formasına keçib. Gerçək təmaslar, faydalı fikir mübadilələri, məsləhətləşmələr, dövlətin gələcəyinə yönəlik fikirlər, təkliflər müzakirə edilir. Bu isə qarşılıqlı etimad mühitinin dərinləşməsinə xidmət edir. Birmənalı demək olar ki, bu gün siyasi partiyalarla iqtidar arasında siyasi etimad mühiti formalaşıb.
2020-ci ildən bu günə qədər böyük bir yol keçilib. Davamlı xarakter alan iqtidar-müxalifət dialoqu hazırda geridönüşü olmayan və günbəgün inkişaf edən bir prosesdir. Bu dialoq indi yeni mərhələyə adlayıb. Artıq dialoqdan əməkdaşlıq modelinə keçid edilib. Ona görə də hazırda proses daha geniş spektrdə davam etdirilir.

Yeni siyasi münasibətlər sisteminin elə bir mərhələsindəyik ki, indi iqtidarla müxalifətin heç bir spektri arasında süni məsafə yoxdur. Münasibətlər və əlaqələr daimi və əlçatandır. Münasibətlərin yeni dövrün tələblərinə uyğun qurulması cəmiyyətin siyasi aktivliyinə də böyük mənada müsbət təsir edib. Əvvəlki illərdən fərqli olaraq, müxalifətə yönəlik strategiya tamamilə dəyişib. İqtidar müxalifətin, o cümlədən bütün siyasi partiyaların fəallaşmasında, cəmiyyətdə söz sahibinə çevrilməsində, siyasi təşkilatların siyasi diskussiya klubları və ya dərnəklər səviyyəsindən güclü siyasi institut formatına qədər güclənməsində maraqlıdır.

Siyasi partiyaların güclü bir siyasi institut kimi fəaliyyəti dövlətin möhkəmlənməsi və güclənməsi üçün iqtidarın həyata keçirdiyi strategiyanın tərkib hissəsidir.

Ölkədə stabilliyin dayanıqlı olmasının əsas bazasını təşkil edən subyektlərdən biri də siyasi partiyalardır. Ona görə də iqtidar mövcud siyasi partiyaların formal xarakterindən konseptual fəaliyyət modelinə malik siyasi institut modelinə keçidində siyasi təşklatlara mümkün qədər kömək etməyə çalışır. Davam edən dialoq və əməkdaşlığın da əsas məqsədi siyasi partiyaların fəaliyyət imkanlarının artırılması, güclü siyasi təsisata çevrilməsi üçün onlara maksimum imkanlar yaradılmasıdır. Siyasi fəaliyyət üçün partiyaların qərargahla təmini, müxtəlif siyasi tədbirlərin keçirilməsi, aktiv fəaliyyət imkanlarının genişləndirilməsi üçün dövlət tərəfindən müvafiq şərait yaradılması bunun bariz nümunəsidir.

Bu gün siyasi partiyalara mövqeyindən, siyasi baxışından, hakimiyyətə münasibətindən asılı olmayaraq, normal fəaliyyət üçün bütün imkanlar yaradılıb. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən 2020-ci il seçkilərində 11 siyasi partiya təmsilçisi parlamentə seçildi. Hazırda Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Son iki ildə 9 siyasi partiya dövlət qeydiyyatına alınıb.

Qeyd etdiyimiz kimi Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev son iki həftədə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov və Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovla görüşüb. Görüşlərdə ölkədə aparılan məqsədyönlü islahatlar, bu islahatların ölkəmizin güclənməsinə, insanlarımızın rifah halının yaxşılaşmasına müsbət təsirləri, genişmiqyaslı islahatların məntiqi davamının yeni siyasi konfiqurasiyanın formalaşmasında özünü göstərməsi və nəticədə iqtidar-müxalifət siyasi dialoqunun dərinləşməsi prosesinin davam etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Qələbədən sonra işğaldan azad edilmiş torpaqların yenidən qurulması, əhalinin sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, o cümlədən ölkədə korrupsiyaya qarşı sərt mübarizə tədbirləri və bu çoxşaxəli proseslərdə siyasi dialoq çərçivəsində müxalifət partiyalarının iştirakı kimi müsbət qiymətləndirilən məsələlər müzakirə edilib. Rəsmi məlumatlarda prosesin bundan sonra da davam edəcəyi bildirilir.

Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişafının, yeni siyasi konfiqurasiyanın ölkədə yaratdığı yeni və dayanıqlı siyasi münasibətlər sisteminin davamlı olacağının göstəricisidir.

Geri dön