Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ölkənin sifətinin və simasının dəyişməsi baxımından belə referenduma ehtiyac duyulur”
Fərəc Quliyev: “Ölkənin sifətinin və simasının dəyişməsi baxımından belə referenduma ehtiyac duyulur” |
Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı müzakirələr yenidən başlayır. Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum səsverməsinə hazırlaşması ilə bağlı bəzi iddialar var.
Bəzi məntəqə, seçki komissiyalarının keçmiş üzvləri də referenduma “gizli hazırlıqla” bağlı məlumatı dolayısı ilə təsdiqləyiblər. Xəbərə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendumda məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün adlarına bank kartı açdırmağı tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara rəsmi qaydada aylıq məvacibin ödənilməsidir. Maraqlıdır, referendum keçirib konstitusiyada dəyişikliklər etməyə zərurət varmı və nələr dəyişilməlidir? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu mövzuda həm hakimiyyət nümayəndələri, həm də müxalif mövqeli siyasilər bu müzakirələrdə bəzi məsələləri qarışdırırlar: “Bir var parlamentdə boş qalan yerlərə seçkinin keçirilməsi. Bu, tam başqa məsələdir. Belə seçkini heç nədən asılı olmayaraq keçirmək lazımdır. Ancaq referendumun keçirilməsi ilə bağlı da ciddi ehtiyac vardır. Mən Prezident və Milli Məclis seçkilərindəki çıxışlarım zamanı belə bir mövqe sərgiləyirdim ki, idarəetmə strukturu mütləq dəyişməlidir. Bəzi qurumlar arasında ciddi paralellik var. Məsələn, Vitse-prezidentlik institutu varsa, Nazirlər Kabineti artıq qurumdur. Prezident Administrasiyasının operatorluq rolunu saxlamaqla yerlərdə kifayət qədər ciddi islahatlar aparmaq mümkündür. Ən ümdə olanı isə bələdiyyə sisteminin canlandırılmasıdır. İcra qurumlarının səlahiyyətlərini bələdiyyələrə vermək lazımdır. Belə olanda insanların idarəetmədə iştirak etməyə marağı artacaq. Siyasi partiyalarda qüvvələr nisbəti bəlli olacaq. Həm də seçilən şəxslər yalnız onu təyin edənlərin qarşısında məsuliyyət daşımayacaq. Seçicilərin qarşısında hesabatlı olacaqlar. Bununla yanaşı, şəhərlərin idarə edilməsində böyük şəhər bələdiyyələrinin də yaradılması vacibdir. Prezidentin təyin etdiyi nümayəndələr gələcəkdə prosesləri kontrolda saxlamaq baxımından lazım olacaqlar. Ancaq bütün idarəetmə bələdiyyələrə verilməlidir. Bu, eyni zamanda, yerlərdə olan xırda problemlərin elə ordaca operativ həllinə şərait yaradacaq. İndi görürük ki, vətəndaşlar bir xırda problemin həlli ilə bağlı gəlib Bakıda Prezident Administrasiyasına şikayətə gedirlər. Əgər biz daha ciddi islahatlar aparmaq istəyiriksə, bunun üçün Referendumun keçirilməsi zəruri olur. Hesab edirəm ki, bu islahatın nəticəsində biz həm də parlamentin proporsional sistem üzrə formalaşması ilə bağlı qərar qəbul edə bilərik. Ölkənin sifətinin və simasının dəyişməsi baxımından belə referenduma ehtiyac duyulur. Yenə deyirəm, burada məsələni qarışdırmaq lazım deyil. Boş qalan yerlərə seçki başqa şeydi, referendum başqa. Birincini təcili etməliyik, referendumu isə nə zaman olsa keçirə bilərik”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |