Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Türkiyədəki seçim Azərbaycan üçün də önəmlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Türkiyədəki seçim Azərbaycan üçün də önəmlidir

Fərəc Quliyev:Türkiyədəki seçim Azərbaycan üçün də önəmlidir


Türkiyədə 2023-cü ildə prezident və parlament seçkiləri keçiriləcək. Seçimlərə bir il qalsa da, növbəti prezidentin kim olacağı Türkiyənin siyasi gündəminin əsas mövzusuna çevrilib. Artıq iqtidar düşərgəsinin namizədi bəllidir.

Belə ki, Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi AKP və MHP-nin təmsil olunduğu Xalq Alyansı tərəfindən irəli sürülüb. Müxalifət partiyaları isə hələlik öz namizədlərini açıqlamayıblar.

Türkiyədə gedən seçki müzakirələri ölkəmizdə də diqqətlə izlənilir.

Bəs, Azərbaycanın müxalifət partiyaları qardaş ölkənin prezidenti postunda kimi görmək istəyirlər? Onlar Ərdoğanı, yoxsa müxalifətin təqdim edəcəyi vahid namizədi dəstəkləyirlər?

Modern.az bu suala cavab almaq üçün partiya rəhbərləri arasında sorğu keçirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin sözlərinə görə, Türkiyədəki seçim Azərbaycan üçün də önəmlidir:

“Doğrudur, seçki daxili məsələdir. Türkiyə xalqının seçimi kim olacaqsa, Azərbaycanda həmin şəxsi qəbul edəcəyik. Əlbəttə, Ərdoğanın şansı çoxdur. Həm də Dövlət Bağçalı ilə ittifaqdadır, yəni Milliyyətçi Hərəkat Partiyası Ərdoğana dəstək verəcək. Bu baxımdan onun qələbə qazanmaq şansı böyükdür”.

Partiya sədri qeyd edib ki, Ərdoğanın xarizması, bölgədə yaratdığı yeni reallıqlar, fərqli xüsusiyyətləri, ölkəmizə olan münasibəti ölkəmizdə ona qarşı xüsusi münasibət formalaşdırıb:

“Ərdoğanın siyasi kursu təkcə Türkiyənin yox, eyni zamanda Türk Dövlətləri təşkilatına üzv ölkələrin hamısının mənafeyinə uyğundur. Onun yarımçıq qalmış bir sıra işləri var. Qara dənizdəki Vətən projesi, istər Suriya-İraq məsələsi, istərsə də Qafqazla bağlı siyasəti buna nümunə ola bilər. Hesab edirəm ki, Ərdoğanın yaxşı komandası var. Onun gələn ilki seçkilərdə qalib gəlməsini arzulayıram”.

Turqay Musayev/modern.az

Geri dön