Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Qiymətlər nəinki qaldlrılmalı, əksinə, 50 manatdan da ucuz olmalıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Qiymətlər nəinki qaldlrılmalı, əksinə, 50 manatdan da ucuz olmalıdır

Fərəc Quliyev:Qiymətlər nəinki qaldlrılmalı, əksinə, 50 manatdan da ucuz olmalıdır


Artıq iki ildən çoxdur ki, Azərbaycan koronavirusa görə qonşu ölkələrlə quru sərhədlərini bağlayıb. Vətəndaşlar xaricə yalnız hava yolu ilə gedib-gələ bilirlər. Təkcə Naxçıvanla Türkiyə və İran arasındakı quru sərhəd açıqdır. Bu arada Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb. İndiyədək uçuş tariflərinə verilən dövlət dotasiyasının məbləği 20 manatdan 10 manata endirilib. Ona görə də Azərbaycan vətəndaşlarına Naxçıvan-Bakı reysi üzrə bilet 50 manatdan 60 manata qaldırılıb. Məlumat üçün bildirək ki, Naxçıvanla Azərbaycanın əsas hissəsinin yeganə əlaqə vasitəsi təyyarə nəqliyyatıdır. Bəzi ekspertlər hesab edir ki, qiymətin bahalaşmasının bir səbəbi də Naxçıvandan xarici ölkələrə keçmək üçün quru sərhədlərin açıq olması ilə əlaqəlidir. Qiymət ucuz olsun deyə əksər turizm firmaları Naxçıvan üzərindən turistlərin xaricə göndərilməsinə üstünlük verirdilər. Bu da Naxçıvana aviabiletə olan tələbatı artırıb. Belə çıxır ki, Naxçıvanın yerli əhalisi turizm firmalarının “oduna yanıb”? Olmazdı ki, heç olmasa Naxçıvan qeydiyyatında olan vətəndaşlara biletin qiyməti əvvəlki kimi saxlanılsın?

Fərəc Quliyev: “Qiymətlər nəinki qaldlrılmalı, əksinə, 50 manatdan da ucuz olmalıdır”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nə cür izah olursa-olsun, qiymət artımına lüzum yox idi: “Turizm firmaları bundan sui-istifadə edirsə, onlar üçün qiyməti artırardılar. Naxçıvan əhalisi üçün bunu etməyin lüzumu yox idi. İşğaldan azad edilən və Naxçıvan kimi strateji ərazilərə xüsusi bir yanaşma olmalıdır. Kommunal xərclərdə, krdeitlərin verilməsində güzəşt olmalıdır. Elə etmək lazımdır ki, insanlar oralarda yaşamaqda maraqlı olsunlar. Vətəni müdafiə etməyin üsullarından biri də budur. Naxçıvan tam blokadadadır. Quru yollar bağlıdır. Məncə, ölkənin digər ərazilərindən də quru yolları açmaq lazımdır. Naxçıvana vətəndaşların səfər etməsi üçün təyyarədən başqa alternativ yol yoxdur. İnsanlar orada məhsullarını da çıxarıb sata bilmir. Çünki hər yer bağlıdır. AZAL ümumiyyətlə baha qiymətə bilet satır. Axı, hər yerdən də xeyir götürməzlər. Biz çalışmalıyıq ki, böyük önəmi olan bir bölgənin sadə vətəndaşlarını 5-10 manatla imtahana çəkməyək. AZAL rəhbərliyi görünür yalnız özünü düşünür. Belə məsələləri strateji düşünməyi bacaran adamlara tapşırmaq lazımdır. AZAL-ın digər istiqamətlərdən qazandığı pullar hara gedir? Mən buna qəti etiraz edirəm. Qiymətlər nəinki qaldlrılmalı, əksinə, 50 manatdan da ucuz olmalıdır”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Geri dön