Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bir nazir çıxıb ağıllı-başlı söz söyləmir ki...
Fərəc Quliyev:Bir nazir çıxıb ağıllı-başlı söz söyləmir ki... |
“Həm quru sərhədlər bağlanılır, həm də təyyarə biletləri qaldırılır. Nədir-nədir, kimsə pul qazanacaq”.
Bu sözləri Azərbaycanda davamlı hal alan bahalaşma, AZAL-ın qiymət siyasətini və Naxçıvan-Türkiyə arasındakı quru yolların bağlanmasını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib. Fərəc Quliyev bildirib ki, quru sərhədlərin bağlı qalması monopolistlərin istəklərinə bağlıdır: “Azərbaycanda turizmin inkişafı ilə bağlı yetərincə tədbirlər görülmür. Azərbaycanda kifayət qədər müalicə turizmini inkişaf etdirmək və xariciləri cəlb etmək olar. Azərbaycanın təbiətinin fərqli gözəllikləri, imkanları var. Ancaq şərait yaradılmır. Bəzi yerlərdə 5 ulduzlu otellər tikməklə insanları sövq etmək olmaz. Avropadakı insanlar daş divarlar arasında qalmağa gəlmirlər. Azərbaycanda otellərin qiymətləri fantastik rəqəmlərlə ifadə olunur. Qiymətlərin süni şəkildə artırılması yerli əhalinin özünə məxsus olan yerləri baha qiymətə icarəyə verməsi ilə nəticələnir. Rəqabət yoxdur, alternativ yoxdur. Tarixi abidələrimizi sahmana, ora gedən yolları qaydaya salmalıyıq. Ən mühümü də qiymətlərin ucuz, xidmətin də yaxşı olmasıdır. Quru sərhədlərin bağlı qalmasının heç bir məntiqi cavabı yoxdur. Ordubadda əriyi 50 qəpiyə alan yoxdur. Burada əriyin qiymətinin neçəyə olmasını hər kəs bilir. İnsanlar məhsulunu heç yerə çıxara bilmir. Bu, gələcəkdə ekoloji fəlakətə səbəb olacaq. İnsanlar xeyir götürmədiyi üçün ağaclara baxmayacaq və onlar quruyub gedəcək. Tarifləri elə etmək lazımdır ki, insanlar məhsullarını xaricə çıxara bilsin. Naxçıvan camaatı blokada şəraitində yaşayır. Bu həm də hərbi-siyasi bir məsələdir. Naxçıvanda insanların yaşaması üçün şəraiti yaxşılaşdırmaq lazımdır. Qarabağ işğaldan azad olmamış təklif edirdim ki, sərhəd bölgələrində kommunal xərclər azaldılsın. İnsanlarda orada yaşamaq üçün motivasiya olmalıdır. Bizdə isə tam əksinə edirlər. Həm quru sərhədlər bağlanılır, həm də təyyarə biletləri qaldırılır. Nədir-nədir, kimsə pul qazanacaq. Bir nazir çıxıb ağıllı-başlı söz söyləmir ki, insanlar başa düşsün ki, nə baş verir. İnsanlar Naxçıvan üzərindən Türkiyə və ya başqa ölkələrə gedirdilər. Onlar kefdən getmirdilər. Əgər burada qiymətlər ucuz olsa, müəyyən bir ölkəyə gedərlər. İnsanlar hansısa bir ölkəyə getmək üçün 3-4 marşrut dəyişir. Vətəndaşın imkanı yoxdur. Qiymətləri aşağı salmaq lazımdır. Dövlətin işi insanların məmnunluğunu təmin etməkdir”. Səxavət Məmməd/yenicag.az Geri dön |