Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Avstriya Avropa Parlamentinin nüvə enerjisi ilə bağlı qərarından Avropa Ədalət Məhkəməsinə şikayət edəcək
Avstriya Avropa Parlamentinin nüvə enerjisi ilə bağlı qərarından Avropa Ədalət Məhkəməsinə şikayət edəcək |
Avropa Parlamenti tərəfindən nüvə enerjisi və təbii qazın “yaşıl” investisiya kimi dəyərləndirilməsi Avropada bir sıra ölkələr tərəfindən tənqidlə qarşılanıb.
Avstriyanın ekologiya naziri Leonora Qevessler Avropa Ədalət Məhkəməsinə şikayət edəcəklərini bildirib. O qeyd edib ki, ötən aylarda Avstriya tərəfi intensiv şəkildə hazırlıq işləri aparıb və qeyd edilən enerji növlərinə “yaşıl” yarlığının veriləcəyi hal üçün atılacaq addımlar müzakirə olunub. Qanunla nəzərdə tutulan müddət çərçivəsində Avstriya müvafiq şikayət ərizəsini təqdim edəcək. Onun sözlərinə görə, parlamentin qərarı “Yaşıl anlaşma” və enerji təminatında ətraf mühiti qoruyan səylərlə üst-üstə düşmür. Qeyd edilib ki, bir sıra qeyri-hökumət təşkilatları ilə yanaşı, artıq Lüksemburq da qərardan şikayətə hazır olduğunu bildirib. Nazir diqqətə çatdırıb ki, yaxın müddətdə şikayət ərizəsini dəstəkləyən tərəfdaşların sayını artırmağa çalışacaqlar. Avropa Komissiyasının təklifi əsasında müzakirəyə çıxarılmış layihədə gələcəkdə hansı maliyyə investisiyalarının ətraf mühitə zərər vurmadığı müəyyən edilir. Hədəf vəsaitlərin dayanıqlı texnologiyalar və şirkətlərə yönəldilməsidir. Müəyyən şərtlər altında təbii qaz və nüvə enerjisi də dayanıqlı investisiya hədəfləri kimi tövsif edilib. Avstriya və bir sıra ölkələr isə bu yanaşmaya qarşı çıxırlar. Geri dön |