Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstriya parlamenti Srebrenitsa soyqırımını pisləyən qanun layihəsini qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Avstriya parlamenti Srebrenitsa soyqırımını pisləyən qanun layihəsini qəbul edib

Avstriya parlamenti Srebrenitsa soyqırımını pisləyən qanun layihəsini qəbul edib


Avstriya parlamenti 11 iyul tarixini Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinin anım günü elan edən və soyqırımı pisləyən qanun layihəsini yekdilliklə qəbul edib.

Qanun layihəsi Avstriyadakı Bosniya və Herseqovina Dərnəklər Assosiasiyası “Consilium Bosniacum” tərəfindən 2020-ci ildə irəli sürülən təşəbbüsün nəticəsi olaraq qəbul edilib. Qanun layihəsində Avstriya hökumətinə Srebrenitsa soyqırımını Avropa İttifaqına üzv digər ölkələrlə birgə qeyd etmək üçün səy göstərməyə çağırış edilib.

Qanun layihəsində Srebrenitsada baş verənlərin beynəlxalq məhkəmələr tərəfindən soyqırımı kimi qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, Srebrenitsa soyqırımı Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 1995-ci il iyulun 11-də başlayıb. İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük insanlıq faciəsi olaraq xarakterizə edilən Srebrenitsa soyqırımı 8372 günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Öldürülən bosniyalılar kütləvi məzarlıqlarda basdırılıb. Potoçari Memorial Qəbiristanlığında indiyədək 6671 nəfər dəfn edilib. Faciədən 27 ilə yaxın vaxt keçməsinə baxmayaraq, 1000-dən çox soyqırımı qurbanının cəsədi hələ də tapılmayıb.

Geri dön