Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aqrotexniki xidmətlərə görə ƏDV tətbiq edilirmi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Aqrotexniki xidmətlərə görə ƏDV tətbiq edilirmi?

Aqrotexniki xidmətlərə görə ƏDV tətbiq edilirmi?


Meyvə-tərəvəz istehsalçısı olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxslə müqavilə bağladıqda hüquqi şəxs tərəfindən göstərilən aqrotexniki xidmətlərə görə Əlavə Dəyər Vergisi tətbiq edilirmi?

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqrotexniki xidmətlərin göstərilməsi ƏDV-dən azaddır.

Sözügedən Məcəlləyə görə, ƏDV qeydiyyatında olan hüquqi şəxs tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısına göstərilən aqrotexniki xidmətlərin dəyərinə ƏDV tətbiq edilmir.

Geri dön