Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tbilisidə “Nəriman Nərimanov - dini etiqadın keşiyində” adlı elmi konfrans keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Tbilisidə “Nəriman Nərimanov - dini etiqadın keşiyində” adlı elmi konfrans keçirilib

Tbilisidə “Nəriman Nərimanov - dini etiqadın keşiyində” adlı elmi konfrans keçirilib


Tbilisidə “Nəriman Nərimanov - dini etiqadın keşiyində” adlı elmi konfrans keçirilib.

M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) müəllimi, diplomatlar, Azərbaycan və gürcü ictimaiyyətinin üzvləri, N.Nərimanovun irsinin araşdırmaçıları iştırak ediblər.

Tədbirin əsas təşkilatçılarından olan iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva böyük ədib, dramaturq və həkim N.Nərimanovun həyat və fəaliyyəti, yaradıcılığı barədə məlumat verib, onun Gürcüstanda daha yaxından tanıdılması istiqamətində görülən işlərdən danışıb.

Sonra DİA-nın Tarix kafedrasının dosenti Rəna Bayramovanın N.Nərimanov haqqında məruzəsi dinlənilib.

O, böyük ədib və həkimin həyatın bütün sahələri kimi dinə baxışı, dini etiqad azadlığına verdiyi böyük qiymət barədə ətraflı məlumat verib. N.Nərimanovun siyasi fəaliyyəti ilə yanaşı, dini etiqad azadlığına baxışının örnək olduğunu diqqətə çatdırıb.

Daha sonra gürcü politoloq, “TV24” mediaholdinqinin icraçı direktoru, professor Badri Natçkebiya dramaturq və həkim N.Nərimanovun Gürcüstanda daha yaxından tanıdılması ilə bağlı həyata keçirilən layihələrdən danışıb.

Tbilisidəki N.Nərimanov adına Ev muzeyinin direktoru Cəmilə Hacıyeva böyük ədibin zəngin dovlətçilik təcrübəsi, yaradıcılığının ayrı-ayrı məqamları barədə danışıb, eləcə də ev muzeyində dramaturqa məxsus çox qiymətli eksponatların, əlyazamalarının surətlərinin və digər nadir materialların saxlanıldığını bildirib.

Digər çıxış edənlər də N.Nərimanovun həyat və fəaliyyəti, yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, N.Nərimanov Gürcüstanda hər zaman çox sevilib. Bu görkəmli şəxsiyyət gələcəkdə də Gürcüstan və Azərbaycan arasında əsas dostluq simvollarından biri olaraq qalacaq.

Tədbir iştirakçıları sonra N.Nərimanovun Ev muzeyini ziyarət ediblər.

Geri dön