Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür


Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixracı boru kəmərinin Türkiyə hissəsinin, Ceyhandakı dəniz ixrac terminalının və bütövlüklə BTC ixrac boru kəməri sisteminin tam istismara verilməsindən 16 il ötür. Üç dənizin əfsanəsi hesab edilən BTC üç ölkənin ərazisindən keçərək 1768 kilometr məsafəyə uzanan dünya səviyyəli bir boru kəməridir.

Energetika Nazirliyindən bildirilib ki, beynəlxalq bazarlara təhlükəsiz və etibarlı çıxış təmin edən BTC kəmərinin ötürücülük gücü gündəlik 1,2 milyon bareldir. 2006-cı ilin iyulun 13-dən indiyə qədər bu boru kəməri vasitəsilə 463 milyon tondan çox Azərbaycan nefti Xəzərdən Aralıq dənizinə nəql olunub

Geri dön