Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Şəhid anaları “Bir nəfəs qədər” tamaşasına baxıblar
Şəhid anaları “Bir nəfəs qədər” tamaşasına baxıblar |
Şəhid anaları “Fire Land Production”nun rəhbəri Cəlal Qurbanovun təşkilatçılığı ilə həyata keçirilən “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olublar.
Teatrdan bildirilib ki, onlar rejissor Samir Qulamovun pyesi əsasında və quruluşunda səhnələşdirilən “Bir nəfəs qədər” tamaşasını baxıblar. Qürur mənbəyimiz olan şəhid və qazilərə, Zəfərimizin əsas simasına çevrilən şəhid analarına həsr olunan bu səhnə əsəri hamı tərəfindən yüksək qiymətləndirilib. Tamaşa başa çatdıqdan sonra şəhid anaları səhnəyə dəvət olunublar. Onlar bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə Akademik Musiqili Teatr və “Fire Land Production”nun rəhbərliyinə təşəkkür ediblər. Çıxış edən hər bir şəhid anası tamaşanın olduqca təbii alındığını vurğulayaraq, quruluşçu rejissor, aktyor heyəti, xüsusilə də, şəhid anası obrazının ifaçısına minnətdarlıqların bildiriblər. Qeyd edək ki, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan bu səhnə əsərinin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir. Tamaşanın 10-cu nümayişində Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Nəzrin İsmayılzadə, Səmədzadə Xasıyev, Ofeliya Məmmədova, Hidayət Əliyev, Əli Kərimov və Murad Əliyev iştirak ediblər. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru və Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur. Əsərdə Prezident təqaüdçüsü, gənc pianoçu Kamil Həsənovun fortepiano musiqisindən də istifadə olunub. Geri dön |