Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nərimanov rayonunda “Mənim siyasi fəaliyyətim” adlı təlim keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nərimanov rayonunda “Mənim siyasi fəaliyyətim” adlı təlim keçirilib

Nərimanov rayonunda “Mənim siyasi fəaliyyətim” adlı təlim keçirilib


Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının birgə təşkilatçılığı ilə gənclər üçün “Mənim siyasi fəaliyyətim” adlı təlim keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsindən bildiriblər ki, təlimdə Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri Tamerlan Əkbərov və 80 nəfər könüllü iştirak edib.

Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, siyasət həmişə insanların həyatı ilə bağlı olmuş və оnlаrın fəaliyyətinə özünəməxsus təsir göstərib. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlərarası münasibətlər üzərində qurulur. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranıb və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapıb. Siyasi fəaliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəaliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Natiqlər vurğulayıblar ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Bu mənada, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.

Sonra natiqlər gəncləri maraqlandıran sualları cavablandırıblar.

Sonda təşkilatçılar tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Geri dön