Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İsveçrə fermerləri pomidorların “dilini“ öyrənirlər
İsveçrə fermerləri pomidorların “dilini“ öyrənirlər |
İsveçrəli fermerlər kənd təsərrüfatında bitkilərə qulluq üçün yeni metodu uğurla sınaqdan keçiriblər.
İsveçrənin Fransa ilə həmsərhəd Vaadt kantonunda yaşayan Jülyen Ştoll adlı fermer öz təsərrüfatında yetişdirdiyi pomidorların “dilini tapıb“. O, bitkilərin su və ya gübrəyə ehtiyacı olduğunu, zərərverici və ya göbələk xəstəliklərindən əziyyət çəkdiyini xüsusi aparat vasitəsilə müəyyən edə bilir. İsveçrə Teleradiosunun (SRF) məlumatına görə, fermer sınaqdan keçirdiyi bitkilərin kötüyünə incə elektrodlu kabellər bağlayaraq onların “stress səviyyəsi”ni ölçür. Fermer bildirib ki, onun metodu insan üzərində elektrokardioqramma müayinəsi ilə oxşarlıq təşkil edir. İnsanın döş qəfəsi və qolundakı elektrodların ötürdüyü siqnalların arasındakı diferensialın hesablanması prinsipinə oxşar şəkildə bitkilərin kökünə sancılmış incə elektrodlar bitkinin gövdəsi ilə kökünə ötürülən elektrik siqnallarını ölçür və bu siqnalların tezliyi bitkinin ehtiyacları barədə məlumat verir. Bu sistemi ilk dəfə təqdim edən “Vivent“ şirkətinin təmsilçisi Morits Qreff bildirib ki, elektrodların ötürdüyü siqnallar qövsvari hərəkət edirsə bu, bitkinin stress keçirdiyini göstərir. Kiçik və müntəzəm qövslər bitkinin zərərvericilərdən əziyyət çəkdiyini, bitkinin gecə-gündüz ritminin pozulması həşərat və ya göbələk probleminin olduğuna dəlalət edir. Hazırda aparatın ötürdüyü məlumatlar süni intellektin köməyi ilə analiz edilir və bitkilərə qulluqla bağlı qərarlar verilir. Gələcəkdə sistemin inkişaf etdirilməsi sayəsində aparat müstəqil şəkildə bu qərarları qəbul edəcək və misal üçün, suvarma sistemini avtomatik şəkildə işə salacaq. Mütəxəssislərin fikrincə, pomidor kimi həssas bitki üzərində aparılan bu tədqiqat və hazırlanan metod digər bitkilərə də tətbiq oluna bilər. Elektrofiziologiya metodu ilə bitkilərin məhsuldarlığını artırmaq və onlara qulluğu asanlaşdırmaq mümkün ola bilər. Geri dön |