Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Professor Musa Qasımlı: Ermənistan 10 noyabr Bəyannaməsində götürmüş olduğu bir sıra öhdəlikləri yerinə yetirməyib
Professor Musa Qasımlı: Ermənistan 10 noyabr Bəyannaməsində götürmüş olduğu bir sıra öhdəlikləri yerinə yetirməyib |
Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev 2020-ci il 10 noyabr Bəyannaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirdi. Müharibənin başa çatmasından 1 il 8 ay ötməsinə baxmayaraq Ermənistan həmin sənəddə götürmüş olduğu bir sıra öhdəlikləri yerinə yetirməyib. İlk növbədə, üçtərəfli sənəddə nəzərdə tutulurdu ki, erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaq. Ancaq indiyədək bu silahlı qüvvələr çıxarılmayıb. İkincisi, Ermənistan öhdəlik götürmüşdü ki, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinə imkan verəcək. İndiyədək bu sahədə də heç bir iş görülməyib. Həm layihə işləri aparılmayıb və ümumiyyətlə Ermənistan bu öhdəliyini də yerinə yetirməyib.
Bu fikirləri açıqlamasında professor, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı söyləyib. O bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Laçın yolundan ermənilərin istifadə etməsinə icazə verir, imzasına hörmət göstərir. Əgər Zəngəzur dəhlizi olmayacaqsa onda Azərbaycan öz öhdəliklərinə yenidən baxa bilər. Yəni Laçın yolu da indiki şəkildə fəaliyyətini dayandıra bilər. Bu, Azərbaycanın haqqıdır. Ermənistan digər məsələlərdə də öz öhdəliyini yerinə yetirməyib. Sənəddə nəzərdə tutulurdu ki, sərhədlərin delimitasiyası, demarkasiyası həyata keçiriləcək, sülh sazişi imzalanacaq. İndiyədək Ermənistan işçi qrupunu yaratmayıb və yaratmadığı üçün sərhədlərin delimitasiyası, demarkasiyası arxa plana keçib və beləliklə “Sülh sazişinin imzalanması nə zaman olacaq?” sualına da cavab tapmaq çətindir. Ermənistan Azərbaycanın sülhə dair 5 təklifini qəbul etsə də heç bir addım atılmır. Əvəzində onlar status məsələsini yenidən ortaya atırlar. Bu status məsələsinin də ortaya atılması Ermənistan üçün fəlakətdir. Çünki Azərbaycan da 1920-ci ildə zorla qoparılmış Zəngəzurun qərbində status məsələsini irəli sürə bilər, ərazi iddiaları ilə çıxış edə bilər. “Ermənistan Minsk qrupunun fəaliyyətini dirçəltmək istəyir. Amma hamıya məlumdur ki, Minsk qrupu 1992-ci ildən bəri mandatını yerinə yetirə bilmədi. Hətta həmsədr ölkələr özləri bildirirlər ki, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə son verilib. Onların görə bilmədikləri işləri Azərbaycan Ordusu gördü, Qarabağ məsələsini həll etdi. Deməli, Minsk qrupu həmsədrlərinin də görə biləcəyi bir iş yoxdur. Ermənistanın yenidən bunu diriltmək istəkləri İrəvanı fəlakətə düşürər. Hesab edirəm ki, Ermənistanda revanşist qüvvələr, eyni zamanda, bəzi xarici ölkələr Ermənistan və Azərbaycan arasında sülhün olmasında maraqlı deyillər. Amma Ermənistan odla oynayır və Prezidentimiz İlham Əliyevin dediyi kimi, əgər onlar baş qaldırsalar əvvəlki nəticəni də almış olacaqlar”, - deyə Musa Qasımlı qeyd edib. Geri dön |