Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Rəsmi Pekin Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri ilə bağlı xəbərdarlıq edib
Rəsmi Pekin Nensi Pelosinin Tayvana planlaşdırılan səfəri ilə bağlı xəbərdarlıq edib |
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi "Vahid Çin" prinsipini kobud şəkildə pozaraq, Tayvana səfər planını həyata keçirərsə, Çin öz suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcək.
Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Cao Licien ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasında avqusta planlaşdırılan səfəri barədə məlumatları şərh edərkən bu fikri səsləndirib. "ABŞ bu səfərdən irəli gələn bütün mümkün nəticələri tam şəkildə nəzərə almalıdır”, - deyən Çin XİN rəsmisi bildirib ki, səfər baş tutarsa, bu, “Vahid Çin” prinsipini və Çin-ABŞ 3 birgə bəyannaməsinin müddəalarını kobud şəkildə pozacaq, Çinin suverenliyinə və ərazi bütövlüyünə ciddi xələl gətirəcək, Çin-ABŞ münasibətlərinin siyasi əsasına ciddi təsir göstərəcək və "Tayvanın müstəqilliyi"nə can atan separatçı qüvvələrə ciddi yanlış siqnal göndərəcək. Cao Licien ABŞ tərəfini həmin səfəri ləğv etməyə, Tayvan rəsmiləri ilə əlaqələri dayandırmağa, “Tayvanın müstəqilliyi”ni dəstəkləməməsi barədə öhdəliyini real hərəkətlərlə yerinə yetirməyə çağırıb. XİN rəsmisi ABŞ-ın Tayvana 108 milyon dollar dəyərində silah satılması barədə sövdələşməni təsdiqləmək barədə niyyətini qınayaraq, bu addımın Tayvan boğazında gərginliyi daha da gücləndirəcəyini deyib. Qeyd edək ki, Nensi Pelosi aprel ayında Tayvana səfər etməyi planlaşdırmışdı. Amma COVID-19 virusuna yoluxması səbəbindən səfərini təxirə salmışdı. Əgər səfər baş tutarsa, bu, ABŞ Nümayəndələr Palatası sədri vəzifəsini tutan şəxsin Tayvan adasında son 25 ildə ilk səfəri olacaq. İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir Geri dön |