Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Der Spiegel” jurnalı Aİ ilə Azərbaycan arasında Bakıda imzalanmış Memorandumu yüksək qiymətləndirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > “Der Spiegel” jurnalı Aİ ilə Azərbaycan arasında Bakıda imzalanmış Memorandumu yüksək qiymətləndirib

“Der Spiegel” jurnalı Aİ ilə Azərbaycan arasında Bakıda imzalanmış Memorandumu yüksək qiymətləndirib


Almaniyanın ən nüfuzlu media orqanı olan “Der Spiegel” həftəlik jurnalında “Rusiya tədarükünə alternativ: Aİ Azərbaycandan qaz idxalını ikiqat artırmaq istəyir” sərlövhəli məqalə dərc edilib. Məqalədə müəlliflər Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin “yeni qaz mənbələrini axtarmaq” üçün Bakıya səfərindən bəhs ediblər. Nəşrdə yazılır ki, burada o, Prezident İlham Əliyevlə Azərbaycandan tədarükün əhəmiyyətli dərəcədə artırılması haqqında saziş imzalayıb.
müəlliflərin qeyd etdiyinə görə, Avropa İttifaqı Azərbaycanı daha etibarlı enerji təchizatçısı hesab edərək, yaxın illərdə buradan qaz idxalını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir.

Avropalılar qorxurlar ki, Rusiya qazının nəqli tezliklə tamamilə kəsilə bilər. Almaniya mətbu orqanı qeyd edir ki, bu, “Şimal axını 1” qaz kəmərində təmir işlərinin yekunlaşacağı bu həftə aydın olacaq.

Aİ hazırda Xəzər dənizindəki “Şahdəniz 2” yatağından təbii qazı Gürcüstan və Türkiyədən keçməklə İtaliyaya təxminən 3500 kilometr məsafədə nəql edən boru kəmərləri konqlomeratı olan Cənub Qaz Dəhlizi vasitəsilə 8 milyard kubmetr Azərbaycan təbii qazını idxal edir. “Der Spiegel” Avropa Komissiyasının Prezidentinə istinadla yazır ki, yeni sazişə əsasən, hazırkı həcm bir neçə il ərzində ildə 20 milyard kubmetrə qədər artırılmalıdır. “O, aralıq məqsəd kimi 2023-cü ildən idxal olunacaq təbii qazın həcmini 12 milyard kubmetr müəyyən edib”, - deyə nəşrin müəllifləri yekun olaraq qeyd ediblər.

Geri dön