Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AZƏRTAC-ın xüsusi müxbiri “Bruggel” İnstitutunda məruzə ilə çıxış edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > AZƏRTAC-ın xüsusi müxbiri “Bruggel” İnstitutunda məruzə ilə çıxış edib

AZƏRTAC-ın xüsusi müxbiri “Bruggel” İnstitutunda məruzə ilə çıxış edib


İyulun 21-də Brüsseldə “Brüggel” Siyasi və İqtisadi Araşdırmalar Mərkəzində Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Dəyirmi masanın mövzusu Ukraynada davam edən hərbi əməliyyatlar və onların birbaşa və dolayı nəticələri, eləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə narahatedici təsiri kontekstində böyük aktuallıq kəsb edib.

Tədbirdə Almaniya, Gürcüstan, Ukrayna, Belçika və Litvadan olan ekspertlər məruzələrlə çıxış ediblər. Bu tədbirdə Azərbaycanın ekspertləri də iştirak ediblər. AZƏRTAC-ın Almaniya və Belçikadakı xüsusi müxbiri Vüqar Seyidov tədbirdə təqdimatla çıxış edib. Məruzəçi öz çıxışında müharibənin Avropa İttifaqı üçün mənfi nəticələrin minimuma endirilməsində və xüsusilə enerji resurslarının köhnə dünyaya çatdırılma yollarının şaxələndirilməsində Azərbaycanın artan rolunu qeyd edib. V.Seyidov iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu, onun əsas elementləri və hər iki tərəf üçün əhəmiyyətindən danışıb. O, çıxışda Azərbaycan dövlətinin yaşıl enerjinin inkişafı ilə bağlı siyasəti, hidrogenin hasilatı və ixracı imkanlarına diqqət yetirib. V. Seyidov bərpa olunan enerji sektoru - günəş və külək enerjisinə, xüsusən də bu yaxınlarda işğaldan azad edilmiş Zəngilan və Kəlbəcər rayonlarının ərazilərinə xarici investisiyaların artırılması mövzusuna da toxunub.

Daha sonra aparılan müzakirədə Avropa Parlamentinin deputatları, müxtəlif ölkələrdən diplomatlar, politoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Geri dön