Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra dövlət orqanlarına məlumat təqdim edilib
Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra dövlət orqanlarına məlumat təqdim edilib |
Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri üzrə bir sıra dövlət orqanlarına məlumat təqdim edilib.
Palatadan bildirilib ki, nəzarət tədbirlərinin nəticələri ilə bağlı zəruri addımların atılması məqsədilə 12 kənar dövlət maliyyə nəzarəti obyektinə, eyni zamanda 3 halda onların yuxarı orqanlarına auditor hesabatı və kollegiya qərarları göndərilib. Bir tədbir üzrə Nazirlər Kabinetinə, 4 tədbir üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi, eləcə də satınalma prosedurlarının tətbiq olunmaması, vəsaitlərin akkreditiv hesablarda saxlanılması halları ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 4 tədbir üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması, vergi və məcburi sosial ödənişlər üzrə müəyyən olunmuş nöqsanlar barədə İqtisadiyyat Nazirliyinə, hər bir auditlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə məlumat verilib. Geri dön |