Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Hikmət Babaoğlu: Azərbaycanın informasiya məkanına mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq zəruridir
Hikmət Babaoğlu: Azərbaycanın informasiya məkanına mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq zəruridir |
Ölkəmizin milli mətbuatı və informasiya məkanı Azərbaycan dövlətinin və cəmiyyətinin informasiya təhlükəsizliyini təmin edən əsas ictimai-siyasi institutdur. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan mətbuatı bütün imkanlarını səfərbər edərək cəmiyyətdəki ictimai münasibətlərin sağlamlaşmasına xidmət etdi.
Bunu açıqlamasında Hikmət Babaoğlu söyləyib. Deputat bildirib ki, eyni zamanda, son illər media sahəsində köklü islahatlar aparılıb, yeni qanunlar qəbul edilib. Ancaq bütün bunlara baxmayaraq, təəssüf ki, bəzi hallarda informasiyanın manipulyasiyası ilə bağlı fərqli nümunələr də gördük. Əlbəttə ki, bunlar yolverilməzdir. “Azərbaycanın informasiya məkanının keyfiyyətinə mənfi təsir göstərən bütün hallara qarşı mübarizə aparmaq zəruridir. Bu prosesdə iştirak edən bütün subyektlər həm hüquqi məsuliyyətə cəlb edilməli, həm də ictimai qınağa məruz qalmalıdır. Elə etmək lazımdır ki, mətbuatımızın nailiyyətləri gözdən düşməsin və buna çalışan qüvvələr öz məqsədlərinə çata bilməsinlər. Mətbuat kifayət qədər böyük gücdür və informasiya təhlükəsizliyimizi qoruyan institut kimi belə hallara qarşı mübarizədə səmərəli nəticə əldə edə biləcək potensiala malikdir. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və mətbuat azadlığı dövlətimizin başlıca prioritetlərindən biridir. Bu azadlıqların çox ciddi konstitusion əsasları var”, - deyə H.Babaoğlu qeyd edib. Deputatın sözlərinə görə, hər bir informasiya mənbəyi, hər bir informasiya daşıyıcısı hüquq qarşısında məsuliyyət daşıyır. Bu baxımdan, hər bir informasiya daşıyıcısı, informasiyanı manipulyasiya etmək istəyən istənilən şəxs başa düşməlidir ki, bunun hüquqi məsuliyyəti var. Deməli, hüquqi məsuliyyət yaradan addımlarla bağlı cəza tədbirləri də görülə bilər. “Bu məsuliyyəti dərk etsək, "reket jurnalistika"nın kökünü kəsə, informasiyanı manipulyasiya aləti kimi istifadə etmək istəyənlərə qarşı uğurlu mübarizə apara bilərik”, - deyə Hikmət Babaoğlu vurğulayıb. Geri dön |