Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Bizim partiyamız atılan son addımları dəstəkləyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bizim partiyamız atılan son addımları dəstəkləyir

Fərəc Quliyev:Bizim partiyamız atılan son addımları dəstəkləyir


Azərbaycan ordusunun öz ərazisində qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı “Qisas” adlı anti-terror əməliyyatı keçirib.

Azərbaycan ordusunun bu uğurlu hərbi əməliyyatını təqdirəlayiq görən bir çox siyasi partiya liderləri hər zaman bu kimi zəruri əməliyyatların aparılmasında ordumuzun yanında olduqlarını, Qarabağ məsələsində dövlətlə həmrəylik nümayiş etdirdiklərini bildiriblər.

Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev hesab edib ki, Azərbaycan ordusu Qarabağda bu kimi anti-terror əməliyyatlarını davam etdirməlidir.

“44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü maddəsində qeyd olunur ki, sülhməramlı adı altında rus qoşunlarının Qarabağa daxil olması ilə paralel Ermənistanın silahlı birləşmələri oradan çıxmalıdır. Təəssüflər olsun ki, bu günə qədər erməni silahlı birləşmələri öz ərazimizdən çıxarılmayıb, Rusiya və Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Azərbaycan rəhbərliyi Xarici işlər, Müdafiə nazirliyi səviyyəsində, eyni zamanda Prezidentin son müşavirələrində bildirilib ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələri təhdid törədirlər, onlar oradan çıxmalıdırlar. Azərbaycan ordusu öz ərazisində anti-terror əməliyyatları keçirməyə məcburdur. Sonuncu erməni silahlısı torpaqlarımızdan çıxana qədər bu əməliyyatlar davam etməlidir. Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinin yerinə yetirilməsini tələb edirik. Əgər könüllü şəkildə etmək istəmirlərsə, onları məcburi şəkildə ərazimizdən çıxardacağıq. Bizim partiyamız atılan son addımları dəstəkləyir və Azərbaycan ordusunun, Ali Baş Komandamızın yanındayıq”.

Yunis Abdullayev/Ednews.az

Geri dön