Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə Gürcüstanda aşura mərasimləri təşkil olunub
Qafqaz Müsəlmanları İdarəsinin dəstəyi ilə Gürcüstanda aşura mərasimləri təşkil olunub |
Müsəlman aləminin müqəddəs aylarından olan məhərrəm ayı ilə əlaqədar Gürcüstanda da bir sıra tədbirlər keçirilir.
Avqustun 9-da paytaxt Tbilisidəki Cümə məscidində Aşura mərasimi təşkil olunub Bu gün aşura mərasimləri paytaxt Tbilisi ilə yanaşı, daha 8 bölgədə təşkil edilib. Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri hacı Ramin İgidov bildirib ki, məhərrəm ayının əvvəlindən etibarən axşam namazından sonra təşkil olunan mərasimlərdə Qurani-Kərimdən ayələr oxunub, söhbətlər edilib, ehsanlar verilib. Bildirilib ki, bu mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəstəyi və GMİ-nin təşkilatçılığı ilə keçirilir. Qeyd olunub ki, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstana səfəri çərçivəsində iyulun 23-də Tbilisi Cümə məscidində GMİ rəhbərliyi və üzvləri ilə görüşüb. Həmin görüşdə Gürcüstanda yaşayan müsəlman soydaşlarımıza qayğı və diqqət barədə də danışılıb. A. Paşazadənin təklifi ilə Gürcüstanda yaşayan müsəlmanların dini mərasimlərinin təşkili, eləcə də imkansız ailələrə yardım məqsədilə vəsait ayrılıb. Aşura məclisləri də bu vəsaitlə təşkil olunur. R.İgidovun sözlərinə görə, ayrılan vəsaitlə azərbaycanlıların yaşadığı 11 regionda da (Rustavi, Qardabani, Kaspi, Msxeta, Marneuli, Bolnisi, Dmanisi, Laqodexi, Saqareco, Ağbulaq və Calqa) ehsan süfrəsi təşkil olunub. O, bu təşəbbüsə görə Qafqaz Müsəlmanları İdarəsinə və zəhməti olan ruhanilərə təşəkkür edib. Bildirilib ki, QMİ-nin dəstəyi ilə builki Qurban bayramında da yüzlərlə ailəyə qurban payı verilib. Bu cür tədbirlərin davamlı olacağı qeyd edilib. Geri dön |