Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"

Cəfər Pənahi müalicə olunmadan həbsxanaya qaytarılıb-"Ondan xəbər ala bilmirik"


Tahirə xanım koronavirusa yoluxan Cəfər Pənahinin Evin zindanından qısa müddətli xəstəxanaya aparıldığını və heç bir müalicə prosesi keçmədən yenidən həbsxanaya geri qaytarıldığını deyib.

"Cəfər Tehranın Taliqani xəstəxanasına yerləşdirildikdən sonra onun karantin dövrünü orada keçirəcəyini düşündük. Ancaq ona bağlanan serumu açıb və gözlənilmədən zindana geri qaytardılar.

İndi onunla əlaqə saxlaya bilmir və durumundan nigaranıq"-deyə, rejissorun xanımı bildirib.

Cəfər Pənahinin oğlu Pənah Pənahi özünün sosial media hesabında atasının xəstəxanaya köçürülməsini şou adlandırıb.

"Onu qısa müddətli xəstəxanaya köçürərək məsullar müalicə olunmasına imkan verdikləri görüntüsünü yaratdılar və bu çox qısa çəkdi"-deyə, Pənahinin oğlu yazıb.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.

Geri dön