Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Paytaxt meriyasının layihəsinə Səbail rayonu da qoşulub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Paytaxt meriyasının layihəsinə Səbail rayonu da qoşulub

Paytaxt meriyasının layihəsinə Səbail rayonu da qoşulub


Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Britaniyanın “Mott MacDonald” şirkətinin birgə həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi artıq 4-cü ildir uğurla icra edilir. İlk olaraq Nərimanov rayonunda başlanan bu layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulub. Əldə edilən müsbət nəticələr paytaxtın digər rayonlarında da yeniliklərin tətbiqinə imkan yaradıb və sentyabrdan etibarən Bakının daha iki rayonunda bu layihənin tətbiqinə başlanacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, artıq Səbail rayonunda hazırlıq işlərinə start verilib. İlk növbədə, rayon ərazisində tutumu 277 ədəd olan konteyner meydançası yaradılıb ki, bu meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılacaqdır. Əraziyə cavabdehlər təyin olunub. Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük yer ayrılıb. Bununla əlaqədar Səbail rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici-izahedici görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Səbail Rayon İcra hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən, İcitmai Birlriyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.

Layihənin vətəndaşlara izahı məqsədilə müvafiq qurumların əməkdaşları və könüllülər həyət və məhəllələrdə sakinlərlə görüşlər keçirir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, izahedici bukletlər paylayır, məhəllə və binaların bloklarına maarifləndirici posterlər yapışdırırlar. Təbliğat və maarifləndirmə işlərinin KİV-də də geniş aparılmasına başlanılıb.

Məlumat üçün bildiririk ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq kommunal xidmətlərin istifadəsinə verilib və bu proses davam edir.

Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcəkdir.

Geri dön