Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Naxçıvanın statusunun ləğvi doğru yanaşma deyil
Fərəc Quliyev:Naxçıvanın statusunun ləğvi doğru yanaşma deyil |
ReAL-ın icra katibi Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, Azərbaycan unitar, amma güclü yerli institutlara söykənən idarəetmə sisteminə keçirsə, o zaman Naxçıvanın Muxtar Respublika statusu ləğv edilməlidir.
Qeyd edək ki, Naxçıvanın statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ilin martında bağlanan Moskva müqaviləsi ilə müəyyən edilib. Burada göstərilirdi ki, Naxçıvana muxtariyyət statusu verilir. Naxçıvan Azərbaycanın himayəsi altında olur və Azərbaycan bu himayə haqqını heç zaman üçüncü bir dövlətə güzəştə getməyəcək. Həmin ilin oktyabrında imzalanan Qars müqaviləsində isə Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Burada da Naxçıvanın Azərbaycanın tərkibində olması və muxtariyyət verilməsi öz əksini tapır. Amma Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilib - bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Burada göstərilirdi ki, "Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər". Son zamanlar isə Azərbaycanın unitar ölkə olduğu əsas gətirilərək Naxçıvana verilən bu statusun ləğvi məsələsi gündəmə gətirilib. Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, Naxçıvanın statusunun ləğvi doğru yanaşma deyil. O, qeyd edir ki, belə bir statusun olması Naxçıvanın təhlükəsizliyi baxımından vacibdir: "Azərbaycan Konstitusiyası var. Onu uyğun da davranışlar var. Azərbaycan unitar dövlətdir. Konstitusiyada göstərilir ki, Azərbaycanın suverenliyi şəksizdir və ölkənin bütün ərazisinə şamil olunur. Naxçıvanla bağlı məsələ tək inzibati ərazi quruluşu kimi qəbul olunan məsələ deyil. Bu, vaxtilə Qars və Moskva müqavilələrilə təsbit olunan bir sistemdir. Naxçıvana verilən bu status onun təhlükəsizliyi deməkdir. Naxçıvanın üçüncü dövlətin protektoratına düşmə təhlükəsi olanda Türkiyəyə müdaxilə imkanları yaradır. 1990-cı ildə Naxçıvan Ali Sovetində SSRİ-dən ayrılmaqla bağlı qərar qəbul olundu. Naxçıvana rus və erməni qoşunlarının girə bilməməsinin səbəblərindən biri bu oldu. İkinci bir tərəfdən, Naxçıvan coğrafi mənada Azərbaycandan bir qədər ayrı düşüb. Ona görə də idarəetmə sisteminlə bağlı olaraq ortaya müəyyən müddəalar çıxır. Digər məsələləri o qədər də ciddiyə almadan, təhlükəsizlik baxımından hüquqi-siyasi məsələ daha ciddi məsələdir. Dünyada yeni düzən yaranır. Onun necə tamamlanacağı bilinmir. Türkiyə ilə ortaq davranışımız olmasaydı, böyük təhlükələrə məruz qalardıq. Bu mənada muxtar respublika statusunun ləğvi Naxçıvana Türkiyənin lazım gəldikdə müdaxilə imkanlarının qarşısının alınmasına gətirib çıxarar. Ona görə də Naxçıvan Muxtar Respublikasının ləğvi məsələsinin ortaya gətirilməsini ciddi hesab etmirəm. Təbii ki, bu məsələ ancaq referendumla həll edilə bilər”. Rüfət Sultan/qaynarinfo.az Geri dön |