Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Evin zindanında saxlanılan azərbaycanlı fəala təzyiq göstərilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Evin zindanında saxlanılan azərbaycanlı fəala təzyiq göstərilir

Evin zindanında saxlanılan azərbaycanlı fəala təzyiq göstərilir


Xəstə olmasına baxmayaraq milli fəala tibbi xidmət göstərilməsinə icazə verilmir.

İşçi hərəkatı fəallarının Evin zindanıdakı mənbələrə istinadən verdiyi məlumata görə, Valeh Zamaninin sağlamlıq durumu olduqca ağırdır və qaraciyər xəstəliyindən əziyyət çəkən məhbus kəskin şəkildə çəki itirib.

Ağır xəstə olmasına baxmayaraq onun rütubətli yerdə saxlanıldığı bildirilir.

Milli fəal iki dəfə müayinə olunub və ona yalnız ağrıkəsici dərmanlar verilib.

Qeyd edək ki, Tehranda yaşayan azərbaycanlı işçi hərəkatı fəalı Valeh Zamani mayın 30-da İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılıb, üç gün dindirildikdən sonra Tehranın Evin zindanının 209-cu bölməsinə köçürülüb.

O, bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq təkadamlıq kamerada saxlanılır, müalicəsinə və dərmanlarının əldə edilməsinə icazə verilmir.

Bununla bağlı Valeh Zamaninin anası Fəridə Məhəmmədi ictimaiyyətə və insan haqları təşkilatlarına müraciət edib.

Fəridə Məhəmmədi oğlunun həyatının təhlükədə olduğunu deyib və onun azad olunmasına yardım etmələrini istəyib.

O, yaydığı müraciətdə oğlunun kəskin qaraciyər xəstəliyi və hepatitdən əziyyət çəkdiyini, ciddi müalicə və dərmanlardan istifadəyə ehtiyacı olduğunu bildirib.

Fəridə Məhəmmədi bildirib ki, Valeh Zamani bundan bir müddət öncə cərrahi əməliyyat olunduğu üçün davamlı dərman qəbul etməli və həkim nəzarətində saxlanılmalıdır.

Geri dön